Dövlət katibi Hillari Klintonun səfəri ABŞ-ın Azərbaycana verdiyi önəmin göstəricisidir

Azərbaycanda səfərdə olan Amerika Yəhudi Komitəsinin (AYK) icraçı direktoru Devid Allan Harris yenidən ölkəmizə gəlməyindən məmnunluq duyduğunu bildirmişdir.
İki il əvvəl də Bakıda səfərdə olduğunu xatırladan D.Harris qeyd etmişdir ki, Azərbaycan ABŞ üçün regional sabitlik baxımından vacib ölkədir. ABŞ-ın dövlət katibi Hillari Klintonun səfəri Birləşmiş Ştatların Azərbaycana verdiyi önəmin göstəricisidir.
Qonaq demişdir ki, Azərbaycan tolerant ölkədir və bizim buradakı yəhudi icması ilə əlaqələrimiz çox yaxşıdır. Azərbaycanda yəhudilər üçün çox gözəl şərait yaradılmışdır və xalqlarımız arasında möhkəm dostluq əlaqələri vardır.
Azərbaycanın ABŞ-da tanıdılmasının daha fəal şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayan D.Harris demişdir ki, yəhudi icması da bu işdə öz dəstəyini verəcəkdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında