ABŞ-ın yeni dövlət katibi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır

 

 

Rəsmi Vaşinqton qəti şəkildə bildirir ki, münaqişənin sülh yolu ilə həllinə mane ola biləcək istənilən addımın əleyhinədir. Birləşmiş Ştatlar Minsk qrupunun üzvü olaraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün tərəflərə yardımını davam etdirəcək.

ANSPRESS-in verdiyi məlumata görə, bu barədə Amerikanın yeni dövlət katibi Con Kerri senator Robert Menendes və Barbara Bokserin məktubuna cavab olaraq bildirmişdir. Məktubda həmçinin deyilir ki, yeni dövlət katibi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əlindən gələni edəcək.

Azərbaycanın işğal olunmuş ərazilərində uçuşlara imkan verməyəcəyi haqda bəyanatı ilə bağlı ünvanlanmış suala cavabında Con Kerri demişdir ki, tərəflər bu təhlükəli vəziyyəti diplomatik yolla aydınlaşdırmalıdırlar. Amerika Adiminstarsiyası qəti şəkildə bildirir ki, tərəflərin atdığı və regionda gərginliyi artıracaq, münaqişənin sülh yolu ilə həllinə mane ola biləcək istənilən addımın əleyhinədir. Qeyd edək ki, Hillari Klinton artıq tutduğu vəzifədən istefa vermişdir. O, son iş günündə Dövlət Departamentinin əməkdaşları ilə vidalaşmışdır. Con Kerri bu həftədən etibarən işə başlayıb. Con Kerri Amerika Birləşmiş Ştatlarının sayca 68-ci dövlət katibi olacaq. İlk dəfə bu vəzifəni 1789-cu ildə Corc Vaşinqtonun təyin etdiyi Tomas Cefferson icra etmişdir. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında