Azərbaycan regionun ən çox inkişaf etmiş ölkəsidir

 

Azərbaycanın və Bosniya Herseqovinanın  qanunverici orqanları arasında əlaqələrin inkişafı hər iki tərəfin maraq  dairəsindədir. Bakıya səfərimin əsas məqsədi  parlamentlərimiz arasında, eləcə də digər sahələrdə əməkdaşlığımızın daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparmaqdır.

AzərTAc xəbər verir ki, bu sözləri fevralın 4-də Azərbaycana rəsmi səfərə gəlmiş Bosniya və Herseqovina Parlament Məclisinin Nümayəndələr Palatasının sədri Bojo Lyubiç Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə müsahibəsində demişdir.

Bojo Lyubiç bildirmişdir ki, Azərbaycan ilə Bosniya və Herseqovina arasındakı dostluq münasibətlərinin tarixi kökləri vardır. 

B.Lyubiç demişdir: “Neft-qaz ölkəsi olan Azərbaycan regionun ən çox inkişaf etmiş dövlətidir. Bölgədə ən böyük sərmayə Azərbaycan iqtisadiyyatına qoyulmuşdur. Eyni zamanda, indi Azərbaycan özü xarici ölkələrin iqtisadiyyatına investisiya qoyur. Bosniya və Herseqovina da kənd təsərrüfatı  və metallurgiya sənayesi üzrə ixtisaslaşmışdır. Düşünürəm ki, bu və digər amillər bizə imkan verir ki, gələcəkdə iqtisadi əlaqələrimizi də inkişaf etdirək. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında