Ariel KOEN: Kerri və Heyqel ABŞ-ın siyasətini özlərinin anladığı şəkildə Amerikanın maraqlarına uyğun formalaşdıracaq və həyata keçirəcək

 

Heritage Fondunun Avrasiya regionu üzrə eksperti ABŞ hökumətindəki yeni təyinatların ABŞ-Azərbaycan münasibətlərinə necə təsir edə biləcəyini APA -ya şərh etmişdir.

Senatdakı sabiq həmkarları Çak Heyqelin yeni təyinatına qızğın şəkildə etiraz edən senatorların bir çoxu onun müdafiə naziri postuna təyin olunması ilə bağlı yekun qərar verməlidir. Cümə axşamı doqquz saata yaxın davam edən dinləmələr Con Kerrinin dövlət katibi postuna təyinatı ilə əlaqədar dinləmələrdən çox fərqli keçmişdir.

Heritage Fondunun Avrasiya regionu üzrə eksperti Ariel Koen APA-nın Vaşinqton müxbirinə hər iki təyinatın ABŞ-Azərbaycan münasibətlərinə necə təsir edə biləcəyini belə şərh etmişdir: “Həm Kerri, həm də Heyqel çox güman ki, ABŞ-ın xarici və hərbi siyasətini özlərinin anladığı şəkildə Amerikanın maraqlarına uyğun formalaşdıracaq və  həyata keçirəcəklər. Əsas odur ki, onlar Prezident Obamanın siyasətini həyata keçirmiş olacaqlar. 

Təbii ki, ictimai fəaliyyətdə keçirdikləri uzun illərdən sonra bu siyasətçilər  bu günə müəyyən “yüklə” gəliblər. Bu “yükün” bir hissəsi bəzi qruplar tərəfindən pozitiv, bəzi qruplar tərəfindən isə neqativ dəyərləndirilir. Dövlət katibi Kerrinin əvvəllər nümayiş etdirdiyi ermənipərəst mövqe, yaxud senator Heyqelin İsrail, İran, Türkiyə-İran münasibətlərinə dair mübahisə doğuran bəyanatlarını buna misal göstərmək olar.

Azərbaycan rəhbərliyi və diplomatlar İranın nüvə ambisiyalarının olduğu, ABŞ-ın təsirinin zəiflədiyi, hərbi büdcənin ixtisar edildiyi, Yaxın Şərqdə, Qafqaz bölgəsində və Avrasiya regionunda ciddi dəyişikliklərin baş verdiyi bir vəziyyətdə Kerri və müdafiə naziri postuna təyin olunacağı təqdirdə Heyqellə münasibətlər qurmalı olacaqlar”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında