Almaniya Bundestaqının üzvü: “İlk addım Ermənistan tərəfindən atılmalı, bu dövlət işğal edilmiş ərazilərdən silahlı qüvvələrini çıxarmalıdır”

 

“Münaqişənin hüdudları bundan kənara çıxmamalıdır”

“BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsində Dağlıq Qarabağ və ətraf yeddi rayonun Ermənistan Silahlı Qüvvələri tərəfindən davam edən işğalı pislənilmişdir. Bunun beynəlxalq hüquqa zidd olduğu bəyan edilmiş, Ermənistandan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal çıxarılması tələb olunmuşdur.

Biz BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrini tam dəstəkləyirik”.

 APA-nın məlumatına görə, bu fikirləri Avropa Azərbaycan Cəmiyyətinin sorğusuna cavabında Almaniya Bundestaqının Xristian Demokrat İttifaqı/Xristian-Sosialistlər İttifaqı fraksiyasından deputat, Büdcə Komitəsinin və AŞPA-nın üzvü Aksel Fişer demişdir.

 Dağlıq Qarabağ münaqişəsi və Xocalı aeroportu məsələsinə toxunan Aksel Fişer bildirmişdir ki, bu qətnamələr münaqişənin həlli üçün beynəlxalq hüquqi əsas təşkil edir: “Ermənistan bu işğala çoxdan son qoymalı idi. Qaçqınların taleyi Azərbaycanın ərazi bütövlüyünün yenidən bərpasından asılıdır. İlk addım Ermənistan tərəfindən atılmalıdır, yəni o, işğal edilmiş ərazilərdən silahlı qüvvələrini çıxarmalıdır. Öz hüquqlarını qorumaqda bizim Azərbaycana regional dəstəyimiz yaxın əməkdaşlıqdan irəli gəlir. Cənubi Qafqaz siyasi, iqtisadi və mədəni baxımdan cəlbedici bir regiondur. Burada Azərbaycan mühüm funksiyaya malikdir. Almaniya, xüsusilə də Avropa ictimaiyyəti içərisində öz roluna çox məsuliyyətlə yanaşır.

Məsələn, Avropa Birliyi Dağlıq Qarabağda keçən ilki qondarma ”prezident seçkiləri”ndən sonra bu seçkilərin nəticələrini tanımayaraq, açıq bir mövqe bildirdi. Münaqişənin hüdudları bundan kənara çıxmamalıdır. Lakin Ermənistanın Xocalı aeroportunu beynəlxalq uçuşlar üçün yenidən açmaq niyyəti ciddi narahatlıqlar yaradır”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında