Almaniya Bundestaqının üzvü Katerina RAYXE: “Ermənistan ordusunun Dağlıq Qarabağdan çıxarılmasının vaxtı çoxdan çatıb”

 

“Xocalı aeroportunun açılması Azərbaycanın hava məkanının pozulması deməkdir”

“Ermənistan ordusunun Dağlıq Qarabağdan çıxarılmasının vaxtı çoxdan çatıb”. APA-nın məlumatına görə, bu fikirləri Almaniya Bundestaqının üzvü, Xristian Demokrat İttifaqı/Xristian-Sosialistlər İttifaqı fraksiyasından millət vəkili, Ətraf Mühit, Təbiətin Mühafizəsi və Nüvə Təhlükəsizliyi Nazirliyində dövlət katibi Katerina Rayxe (Katherina Reiche) Ermənistanın Xocalı aeroportu barədə planlarına dair Avropa Azərbaycan Cəmiyyətinin sualına münasibət bildirərkən demişdir.

Millət vəkili bildirmişdir ki, BMT Təhlükəsizlik Şurası bunu öz qətnamələrində dəfələrlə tələb etmişdir: “Almaniya və Avropa Birliyi bu məsələdə həmfikirdir. 19 iyul 2012-ci ildə Dağlıq Qarabağda keçirilən qondarma prezident seçkilərinə münasibət bildirən Avropa Birliyinin Xarici və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Ketrin Eşton açıq şəkildə bəyan etmişdir ki, bu seçkiləri Avropa Birliyi tanımır. Almaniya olaraq, bizim mövqeyimiz aydındır: Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz bir hissəsidir və işğala son qoyulmalıdır. İşğalın başa çatması ilə regiondakı qaçqınların çoxu üçün yeni perspektivlər yaranacaq. Cənubi Qafqazda sabitliyi və təhlükəsizliyi təmin etmək üçün biz Azərbaycanla yaxından əməkdaşlıq edirik. Dağlıq Qarabağ münaqişəsi ölkənin ən böyük problemidir. Münaqişənin sülh yolu ilə həlli bütövlükdə regionun iqtisadiyyatı və cəmiyyəti üçün müsbət təkan yarada bilər. Bu, regionun bütün dövlətlərinin marağındadır”.

Bundestaq üzvü qeyd etmişdir ki, sülh prosesi ilə bağlı beynəlxalq ictimaiyyətlə əməkdaşlıq Almaniya üçün xüsusilə vacibdir: “BMT, Avropa Birliyi və ATƏT uzun müddətdir ki, münaqişənin sülh yolu ilə həll olunmasının yollarını birlikdə axtarır. Sülhə gedən yolda geriləməyə yol verilməməlidir. Lakin işğal olunmuş Dağlıq Qarabağ ərazisində Xocalı aeroportunu yenidən açmaqla, Ermənistan hökuməti bunun əksini edir. Bu, Azərbaycanın hava məkanının pozulmasıdır”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında