Əli ƏHMƏDOV: Azərbaycan xalqını aşağılayanın xalq yazıçısı adını daşımağa haqqı yoxdur

 

“Əkrəm Əylislinin “Daş yuxular” əsəri müasir Azərbaycan ədəbiyyatına ləkədir. Yazıçının bu dərəcədə haqsız və təhrifçi olmasını təsəvvür etmək mümkün deyil. Öz xalqına Əkrəm Əylisli qədər nifrət edən ikinci bir yazıçı tapmaq çətindir.

Hesab edirəm ki, Azərbaycan xalqını aşağılayan, ona böhtan atanın xalq yazıçısı adını daşımağa haqqı yoxdur. Əkrəm Əylisli vaxtilə “İstiqlal” ordeni ilə təltif edilib və yol verdiyi yaramazlıqdan sonra “İstiqlal” ordeninə də haqqını itirib”. Bu sözləri Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov yap.org.az saytına Əkrəm Əylislinin “Daş yuxular” əsərinə münasibət bildirərkən söyləmişdir.

Əli Əhmədov qeyd etmişdir ki, görünür, Əkrəm Əylislini Azərbaycan xalqı ilə bağlayan heç nə yoxdur. “Nə genində, nə də yazıçı və vətəndaş mənəviyyatında. Azərbaycanlılara bu qədər böhtan atanı, Ermənistanda qətlə yetirilənlərin, Xocalıda amansızlıqla qırılanların fəryadını isə eşitməyəni azərbaycanlı adlandırmaq olarmı? Düşünmürəm ki, Əkrəm Əylislinin dərk etmək qabilliyyəti pozulub. Yəqin ki, belə deyil. Çox ehtimal ki, ömrünün ahıl çağında bu vaxta qədər çörəyini yeyib, suyunu içib istədiyi qədər bəhrələndiyi Azərbaycana və azərbaycanlılara xəyanət etməklə genetik olaraq mənsub olduğu xalqa xidmət göstərmək qərarına gəlib. Onun yazdığı da, hərəkətləri də Azərbaycan xalqına arxadan zərbədir”– deyə, YAP-ın sədr müavini bildirmişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında