Türkiyənin Azərbaycandakı səfiri: “Hava məkanı hər ölkənin milli suverenlik məkanıdır”

 

“Ortada işğal faktı var, diqqəti başqa istiqamətə yönəldəcək addımları düzgün saymıram”

“Hər şeydən öncə ortada Dağlıq Qarabağ və ətraf rayonların işğalı ilə bağlı problem var. Bu baxımdan da diqqətləri başqa yönə çəkəcək hərəkətləri heç bir şəkildə düzgün qəbul etmirəm”. Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Çoşkun Ermənistanın Xocalı aeroportundan uçuşlara başlayacağı barədə xəbərləri APA-ya belə şərh edib.

O, ölkəsinin xarici işlər naziri Əhməd Davudoğlunun bu məsələ ilə bağlı rəsmi açıqlama verdiyini xatırladıb. Azərbaycan Nazirlər Kabinetinin də ölkənin hava məkanını icazəsiz pozacaq istənilən təyyarənin vurulacağı barədə qərarına münasibət bildirən səfir qeyd edib ki, hava məkanı da hər bir ölkənin milli suverenlik məkanıdır: “Onun istifadəsi də beynəlxalq şəkildə qəbul edilmiş müəyyən qanunlarla tənzimlənir. Həmçinin hava məkanının qorunması ilə bağlı addımlar da bu qanunlarda göstərilir. Azərbaycan tərəfi də verdiyi bu açıqlamalarla bu qanunların ona verdiyi hüquqa əsaslanır”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında