Suriyalı ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırılması məsələsinə ciddi narazılıq bildirilmişdir

 

Yanvarın 28-də Parisdə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Edvard Nalbandyan arasında görüş olmuşdur.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AərTAc-a bildirmişlər ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələ müzakirə olunmuşdur.

Görüşdən əvvəl E.Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Jak For (Fransa) və Yan Kelli (ABŞ), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik ilə görüşmüşdür.

Tərəflər yaxın həftələrdə daha bir görüş keçirmək və münaqişənin nizamlanması prosesini davam etdirmək barədə razılığa gəlmişlər.

Bundan əlavə, həmsədrlərlə görüşdə suriyalı ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırılması ilə bağlı son vaxtlar Ermənistan mətbuatında yayılan məlumatlar müzakirə olunmuşdur. E.Məmmədyarov suriyalı ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırılması məsələsinə ciddi narazılığını bildirmişdir. Nazir bu cür addımların qəbuledilməz və qeyri-qanuni olduğunu vurğulamışdır.

E.Məmmədyarov, həmçinin Xocalı aeroportuna uçuşların qanunsuz olduğunu bəyan etmiş və bildirmişdir ki, bu, yalnız böyük miqyaslı nizamlanma planının tərkib hissəsi kimi həyata keçirilə bilər. Təcavüz davam etdiyi bir dövrdə işğal altında olan ərazilərə hər hansı uçuşların həyata keçirilməsi qanunsuzdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında