Azərbaycanda rusların sıxışdırılması haqqında uydurma informasiya ilə bağlı Azərbaycanın rus icması nümayəndələrinin müraciəti

 

Biz, Azərbaycanın rus icmasının nümayəndələri  Rusiyanın və Azərbaycanın kütləvi informasiya vasitələrində bizim adımızdan yayılan uydurma informasiya ilə yalan və böhtanla əsla  razılaşmır və dərindən hiddətlənirik.

Qeyd etmək istəyirik ki, Azərbaycanın rus icması Cənubi Qafqazda ən böyük rus icmasıdır. Azərbaycanın İsmayıllı rayonunun İvanovka kəndinə gəldikdə isə, bu kənd Cənubi Qafqaz ərazisində rus millətindən olan nümayəndələrin yığcam yaşadığı yeganə kənddir. Rayonun  və respublikanın rus və başqa millətlərdən  olan digər vətəndaşları kimi,  kənd sakinlərinə  normal münasibət bəslənir, bəzi mənbələrdə yazıldığı kimi,  biz  heç vaxt heç bir  sıxışdırma və ayrı-seçkilik hiss etməmişik  və etmirik.  Bütün postsovet məkanında olduğu kimi, Azərbaycanda da müəyyən  iqtisadi və sosial problemlər vardır, lakin biz onları birlikdə həll edirik. Onları siyasiləşdirməyə və şişirtməyə çalışmaq lazım deyildir.  Yerli hakimiyyət orqanları sakinlərin istəyi ilə  İvanovka kəndində istisna şəklində respublikada yeganə kolxozu saxlamağa razılaşmışlar. Həmin mənbələrdə göstərilən faktlar mövcud olsaydı,  ruslar bir vaxtlar Ermənistanı tərk etdikləri kimi, Azərbaycanı çoxdan tərk edərdilər.

Bütün aləm təsdiq edir ki, Azərbaycan dünyanın ən tolerant ölkələrindən biridir və biz öz təcrübəmizdə bunu təsdiq edirik, çünki özümüzə qarşı heç bir təzyiq və ayrı-seçkilik hiss etmirik. Biz Azərbaycan xalqı ilə dostluq və mehribanlıq şəraitində yaşayırıq və necə deyərlər, bulanıq suda balıq tutmaq həvəskarlarından xahiş edirik ki, bundan sonra münasibətlərimizdə suyu bulandırmasınlar. Əslində,  onlar buna nail ola bilməyəcəklər, çünki uzun illər ərzində münasibətlərimiz elə möhkəmlənmişdir ki, heç bir qüvvə onu sarsıtmaq iqtidarında deyildir.

Mixail ZABELİN
Milli Məclisin deputatı və Azərbaycanın Rus İcmasının sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında