Nyu-Meksiko ştatının Nümayəndələr Palatası Azərbaycan-ABŞ strateji tərəfdaşlığına dair qətnamə qəbul etmişdir

 

 

Qətnamədə Azərbaycanın ABŞ-ın və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilir

ABŞ-ın Nyu-Meksiko ştatının Nümayəndələr Palatasının yanvarın 28-də keçirilən plenar iclasında Azərbaycan-ABŞ strateji tərəfdaşlığının önəminə dair qətnamə qəbul olunmuşdur.

Azərbaycanın Loc-Ancelesdəki baş konsulluğundan verilən məlumata görə, yekdilliklə qəbul olunmuş qətnamədə 1991-ci ildə müstəqilliyini yenidən bərpa etmiş Azərbaycanın son 20 ildə  suverenliyini gücləndirdiyi və regionun ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrildiyi bildirilir. Vurğulanır ki, 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi ölkənin Yaxın Şərqdə sülhün və təhlükəsizliyin qorunmasında artan rolunun və genişlənən imkanlarının bariz göstəricisidir.

 Sənəddə xüsusi qeyd olunur ki, Dağlıq Qarabağ və Naxçıvan da daxil olmaqla Azərbaycanın suverenliyi və ərazi bütövlüyü ABŞ və BMT tərəfindən tanınır.

Qətnamədə vurğulanır ki, ABŞ ilə Azərbaycan arasında vahid dəyərlərə, ümumi maraqlara əsaslanan güclü strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Azərbaycan ABŞ-ın Xəzər dənizi kimi çox önəmli bir regionda güclü müttəfiqi və strateji tərəfdaşıdır. On bir sentyabr terror aktlarından sonra Azərbaycan ABŞ-a hərtərəfli dəstək vermiş, Əfqanıstana sülhməramlı qüvvələr göndərmiş, hər iki ölkə kütləvi qırğın silahlarının yayılmaması və terrorçuluğa qarşı mübarizə sahəsində uğurla əməkdaşlıq edir.

 Sənəddə Azərbaycanın ABŞ-ın və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilir, Azərbaycanın qədim etnik və dini tolerantlıq ənənələrinə malik olan dünyəvi ölkə olması xüsusilə vurğulanır. Ölkəmizin Azərbaycanın Nyu Meksiko ilə münasibətlərin inkişafına böyük önəm verməsi və ştatın paytaxtı Santa Fe şəhərində Azərbaycanın fəxri konsulunun fəaliyyət göstərməsi, eləcə də ABŞ-ın Azərbaycan kimi müttəfiq dövlətlərlə münasibətləri bundan sonra da inkişaf etdirməsinin vacibliyi xüsusi qeyd olunur.

Qətnamə qəbul edildikdən sonra onun nüsxəsi plenar iclasda iştirak edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevə təqdim edilmişdir. Baş konsul deputatlara bu cür qətnamənin qəbuluna və Azərbaycan-ABŞ münasibətlərinə verdikləri önəmə görə təşəkkürünü bildirmişdir.

 Qeyd edək ki, bu, Nyu-Meksiko ştatının parlamenti tərəfindən Azərbaycan barədə qəbul edilən ilk qətnamədir.

 Nyu-Meksiko ştatı Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun konsulluq dairəsinə daxildir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında