Fuad ƏLƏSGƏROV: “Destruktiv qüvvələrə ölkəmizi öz inkişaf istiqamətindən döndərməyə, xaosa və özbaşınalığa sürükləməyə imkan verməyəcəyik”

 

Xalqımız təlatümlər, xaos və özbaşınalıq dövrünü yaxın tarixində artıq yaşayıb və o günlərin təkrarlanmasını istəmir

“Son zamanlar Bakı və İsmayıllı rayonunda bir qrup şəxs ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaqda maraqlı olan qüvvələrin təsiri altına düşərək ictimai asayişi pozmağa, müxtəlif məzmunlu şayiələr yaymaqla insanları çaşdırmağa və cəmiyyətdə qarşıdurma vəziyyəti yaratmağa cəhd göstərmişdir”.

APA -nın məlumatına görə,  bu sözləri Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Bakı və İsmayıllı hadisələrinə  münasibət bildirərkən demişdir.

Fuad Ələsgərov qeyd etmişdir ki, bu xuliqanlıq hərəkətləri ilə müşayiət olunan hadisələrin qarşısı qısa müddət ərzində alınmış və ictimai asayiş bərpa edilmişdir: “Hüquq-mühafizə orqanları hər zaman Azərbaycan dövlətçiliyinin keşiyində durub və bundan sonra da duracaq. Heç kəs unutmamalıdır ki, bu dövlət ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri sayəsində ərsəyə gəlmiş güclü, öz sözünü deməyə, hər cür dağıdıcı qüvvələrin lazımi cavabını verməyə qadir olan bir dövlətdir. Bu dövlət Heydər Əliyevin bizə qoyub getdiyi yadigardır və biz heç kimə imkan verməyəcəyik ki, hansısa destruktiv qüvvələr ölkəmizi öz inkişaf istiqamətindən döndərsin, xaosa və özbaşınalığa sürükləsin. Xalqımız təlatümlər, xaos və özbaşınalıq dövrünü yaxın tarixində artıq yaşayıb. Xalqımız müdrikdir və  o günlərin təkrarlanmasını istəmir. İnsanlar sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyir. Yalnız sabitliyin və təhlükəsizliyin təmin olunduğu şəraitdə ölkəmizin davamlı sosial-iqtisadi inkişafına və yenilənməsinə nail olmaq olar”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında