Azərbaycan diplomatı etimadnaməsini Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatın baş direktoruna təqdim etmişdir

 

Yanvarın 28-də Azərbaycanın Niderlanddakı səfiri, eyni zamanda Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatın (KSQT) yanında daimi nümayəndəsi Mirhəmzə Əfəndiyev etimadnaməsini qurumun baş direktoru Əhməd Üzümçüyə təqdim etmişdir.

Azərbaycanın Niderlanddakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, təqdimetmə mərasimindən sonra keçirilən görüşdə KSQT-nin baş direktoru Ə.Üzümçü ölkəmiz ilə əməkdaşlığından məmnunluğunu bildirmiş, rəhbərlik etdiyi qurumun məqsəd və vəzifələri haqqında məlumat vermişdir.

Səfir M.Əfəndiyev Azərbaycanın KSQT ilə əməkdaşlıqda maraqlı olduğunu, bu istiqamətdə fəaliyyətin davam etdiriləcəyini söyləmişdir.

Diplomat Azərbaycanın xarici işlər nazirinin ikitərəfli əlaqələrin genişləndirilməsi ilə əlaqədar KSQT-nin baş direktorunun Bakıya səfər etməsinə dair dəvət məktubunu ona təqdim etmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında