Azərbaycanın Misirdəki səfirliyi ölkədə daxili siyasi vəziyyətin kəskinləşməsi ilə əlaqədar həmvətənlərimizi ehtiyatlı olmağa çağırır

 

Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı səfirliyi fəaliyyətini normal rejimdə davam etdirir, bu ölkədə yaşayan Azərbaycan vətəndaşları ilə daim əlaqə saxlayır. Bu barədə AzərTAc-a Azərbaycanın bu günlər müxtəlif siyasi qüvvələrin kütləvi etiraz aksiyalarının keçirildiyi Misirdəki səfiri Şahin Abdullayev məlumat vermişdir.

Diplomat demişdir: “Misirdə yaşayan həmvətənlərimizlə hər hansı münaqişə barədə həyəcanlı xəbər hələlik daxil olmamışdır.  Xoşbəxtlikdən, Misir iğtişaşlarından zərərçəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur. Lakin səfirlik həmvətənlərimizi ehtiyatlı olmağa və şəxsi təhlükəsizlik məqsədi ilə insanların kütləvi toplaşdığı yerlərdən uzaq olmağa çağırır. Səfirlik lazım gəldikdə həmişə olduğu kimi kömək etməyə hazırdır”.

Ş.Abdullayev onu da vurğulamışdır ki, səfirliyin konsul şöbəsində hazırda təxminən 70 Azərbaycan vətəndaşı qeydiyyatdan keçmişdir, lakin bu, Misirdə yaşayan azərbaycanlılarla bağlı son rəqəm deyildir. O demişdir: “Lazım gəldikdə hər cür yardım göstərmək məqsədi ilə Misirdə yaşayan bütün Azərbaycan vətəndaşlarına səfirlikdə qeydiyyatdan keçməyi məsləhət görürük”.

Xatırladaq ki, Misirin bir sıra şəhərlərində, o cümlədən  Qahirədə 25 yanvar inqilabının ikinci ildönümü münasibətilə  keçirilən nümayişlər kütləvi iğtişaşlar və hüquq-mühafizə orqanları ilə toqquşmalarla nəticələnmişdir. Ölkənin hakimiyyət orqanları  zorakılığı dayandırmağa çağırır, vəziyyəti nəzarətə götürmək üçün  tədbirlər görür. Misir Prezidenti Məhəmməd Mursi dövlət televiziyası ilə xalqa müraciətində ölkənin bütün siyasi qüvvələrini dialoqa çağırmış və yaranmış böhranlı vəziyyətdən çıxış yollarının təcili olaraq axtarılmasını təklif etmişdir. O, vətənə qarşı istənilən təhlükəyə  sərt müqavimət göstərmək əzmində olduğunu bildirmiş və  baş verənləri  xalqın dəstəkləmədiyi və pislədiyi  əksinqilabın tərkib hissəsi adlandırmışdır.

Misir Prezidenti Port-Səid, Süveyş və İsmailiyyə  əyalətlərində yaranmış son dərəcə gərgin vəziyyətlə əlaqədar fövqəladə vəziyyət və komendant saatı elan etmişdir. Fövqəladə vəziyyət və komendant saatı  bir ay ərzində qüvvədə olacaqdır.

Asya HACIZADƏ
AzərTAc -ın xüsusi müxbiri
Qahirə


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında