Yaxın Şərq regionunda baş verən proseslər burada yaşayan xalqların mütləq monarxiyadan imtina arzusunu ifadə edir
Yaxın Şərq regionu özünün ənənəvi ilahi konsepsiyaları ilə, unikal coğrafi adaları bir-birinə bağlayan və oxşar siyasi sistemlərdə institutlaşmış dövlətlərlə əhatə olunmuşdur. Bu səbəbdən Yaxın Şərq ölkələrində baş verən proseslər xaraktercə bir-birindən fərqlənmir.
İlahi konsepsiyaların ruhu Yaxın Şərqi müxtəlif formalara salır və regionda tarixi ideoloji proseslər eyniliklə davam edir. Digər tərəfdən, Qərblə Şərq burda tarixi proseslərin ruhuna uyğun olaraq eyni həyacanla mübarizə aparır.
Xüsusilə, Yaxın Şərq ölkələrinin ayrı-ayrılıqda daxili ideoloji sistemi, beynəlxalq siyasətə təsir etmək imkanları və ən əsası, müsəlman ölkələrinin əhatəsində olan İsrailin Qərb dövlətləri ilə, xüsusilə ABŞ-la sıx əlaqəsi regionda unikal vəziyyət yaratmışdır. Paralel olaraq ərəb coğrafiyasında baş verən inqilablar da öz növbəsində regionda maraqları olan geosiyasi mərkəzləri həyəcanlandırmaqdadır.
Bütün bu amillər regionda təhlükəsizlik riskini artırmışdır. Beynəlxalq siyasətdə region ölkələri, müxtəlif qütblərin təsir dairəsinə qapanmışdır. Hazırda panislamizm, bununla paralel, praqmatik demokratiya və s. ideoloji paradiqmalar böyük bir regionu sistemsizlik və gərginlik içərisində saxlayır. Xüsusilə İsrail — Fələstin münaqişəsi, Yaxın Şərq regionunda beynəlxalq siyasəti ikiyə bölmüşdür. Bu proseslər həm də geosiyasi mərkəzlər arasında mübarizəyə səbəb olmaqdadır. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, burada uzun illər bir-birinə qarşı mübarizədə ixtisaslaşmış ideoloji təmayyüllər və onların siyasi institutları mübarizə aparır.
Misirdə müsəlman qardaşları, təxminən, bir əsrə yaxın idi ki, dünyəvi sistemə qarşı özünün teokratik ideyalarını konsepsiyalaşdıraraq mübarizə aparırdı. Təbii ki, bu mübarizə nə vaxtsa öz məntiqi sonluguna qovuşmalı idi. Nəhayət, teokratlar və yaxud da başqa adla desək, mühafizəkar demokratalar uzun müddətli ideoloji mübarizədən qalib çıxdı. Deməli, Misir inqilabı çoxmənalı ideoloji səbəblərlə izah edilməli, regionun ideoloji paradiqmaları nəzrdən keçirilməlidir. Misir inqilabın ideoloji xarakteri və siyasi sistemlə əlaqəsi təhlil edilməlidir. Çünki inqilabi proseslərin mərkəzində, yalnız demokratiya və azadlıq kimi elementlər dayanmamışdır.
Proseslərdə parallel olaraq həm də uzun müddətdir davam edən dərin ideoloji mübarizə hiss edilirdi. Bu, daha çox həm də ideoloji qüvvələr arasında hakimiyyət uğrunda mübarizə kimi xarakterizə edilməlidir. Biz bu faktı Misirdə baş vermiş inqilabdan dərhal sonra müşahidə edə bildik. Məsələn, Misirdə baş vermiş inqilabdan və Hüsnü Mübarəkin devirilməsindən sonra gözləmək olardı ki, yeni qüvvələr demokratik prinsiplərlə siyasi sistemi təşkil edəcək və konstitusiya islahatları sürətlə dəstəklənəcəkdir. Ancaq bu gözlənilənlərin əksinə, müsəlman qardaşlarının mühafizəkar siyasəti və davamlı güc göstərməsi, yeni narazılıqların əsasını qoydu.
Hazırda proseslər eyniliklə davam edir. Bu amil həm də regionda oxşar proseslərə president ola bilərdi ki bu fakt özünü göstərməkdədir. Ərəb coğrafiyasında, bütövlükdə, Yaxın Şərq və Afrika regionunda baş verən proseslərə, əslində,daha çox etnik, dini münaqişələr konteksindən baxmaq lazımdır. Suriya və Liviyada baş verən inqilabi proseslərin arxasında məhz bu motivlər dayanır. Belə bir şəraitdə regionda ümumi təhlükəsizliyi və sabitliyi təmin etmək prinsipcə çətin görsənir. Çünki, Yaxın Şərq dünyanın ən mürrəkəb regionudur.
Nəhayət, Suriyada 22 aydır davam edən vətəndaş müharibəsinə də bu konteksdən yanaşmaq lazımdır. Yaxın Şərqdə, əslində, demokratiya ugurunda mübarizədən daha çox, etnik, dini-məhzəb konteksində vətandaş müharibəsi gedir. Hazırda bu müharibə bütün çılpaqlıgı ilə Suriyada yaşanır. Qeyd edildiyi kimi, Yaxın Şərq və Afrika regionunda daha çox mühafizəkar islamçılarla və qərpərəst ultura millətçilər arasaında vətandaş müharibəsi gedir. Suriya, Livan, Liviya, Əlcəzair və Tunis kimi ölkələr regionun xarakterini və ümumi vəziyyətin fantasmaqorik təhlilini bir çox tərəfdən izah etmişdir. Hətta, İraqda son vaxtlar mərkəzi hökümətlə ölkənin şimaladakı kürd muxtariyyəti arasında narazılıqlar nəzərə almaq lazımdır ki, bu hadisələr böyük Orta Şərq projesinin tərkib hissəsi kimi baş verir və İraqın mərkəzi idarəetmə sistemində məzhəb konteksində ideoloji fikir ayrılıqları bunu sübut edən amillərdəndir. Hətta, İraqda baş verənləri təhlil edən nüfuzlu strateji mərkəzlər bütün bunları Suriyada və Yaxın Şərqdəki proseslərlə əalqələndirirlər.
Deməli, böyük bir region dalgavari proseslərə qoşulur. Hazırda regionda siyasi islamla fundamental demokratiyanın imkanları qarşı-qarşıya qoyulmuşdur. Hələlik kimin qalib gələcəyi, və həm də uzunmüddətli sabitliyi məhz hansı ideoloji fenomenin, təşkil edəcəyi qeyrimüəyyənliklər yaradır. Ancaq üfüqdə demokratiya qalib kimi görsənir.
Belə bir vəziyyətdə Qərb dövlətləri Yaxın Şərq fenomeninə necə yanaşmaq lazımdır sualına birmənalı cavab verməmişdir. Qərb dövlətləri anlayır ki, Avrasiyanın Yaxın Şərq regionunda xüsusi çəkiyə malik olan dövlətləri geniş imkanlara malikdir. Türküyə və Çinin bölgədəki iqtisadi maraqları və hər iki ölkənin dinamik iqtisadi sistemi son anda Qərbin strateji maraqlarına zərbə vura bilər. Bu, Qərb üçün təhlükəli tendensiyadır. Əgər bu belədirsə, onda Qərb dövlətləri prosesə özlərinin geosiyasi maraqları konteksində yanaşmalıdır.
Ancaq etiraf edilməlidir ki, geniş planda Türküyə Qərb bloku ilə birgə hərəkət edir və hələlik ciddi bir proses baş vermədikcə Türkiyə bu prosesin daxilində olacaq. Bütün hallarda Qərb anlayır ki, artıq Türküyə ciddi geosiyasi gücə çevirilməkdədir və bu fakt regionda fövqaladə ciddi proseslərin əsasını qoya biləcək faktordur. Hazırda Qərbin uzun əli və bölgədə dikatorları demokratik Türkiyə modeli ilə təhdid edən geosiyasi strategiyası Ankaranın da daxil oldugu Qərb blokunun imkanlarını fokuslaşdırılmışdır. Türkiyə, Avropa Birliyi və ABŞ üçbucagının ümumi geosiyasi mənzərəyə eyni təfəkkürdən baxması, ilk baxışdan, səmimi qəbul edilsə də, proseslərin dərin təhlili göstərir ki bu, hec də belə deyil. Sadəcə, burada soyuqanlı geosiyasət həyata keçirilir.
Eyni zamanda, Suriya məsələsində Cin, Rusiya və İran ucbucagının narahat davranışları da bölgədəki gərginliyi inkişaf etdirir. Beynəlxalq siyasət Süriya məsələsinə görə bölünmüş vəziyyətdədir. Ancaq Türküyənin də daxil oldugu Qərb bloku daha güclüdür. Planetin müxtəlif hissələrində bu blok çevik və özünə inamlı siyasət həyata keçirtmək iqtidarındadır. Deməli, Süriya məsələsi, əslində, həll edilib. Hələlik isə Suriya acar ölkədir və son qala kimi qalmaqda davam edir. Ancaq Bəşər Əsədin bundan sonra mübarizəni davam etdirmək iqtidarında olmadıgı ortadadır. Həmdə Bəşər Əsədi dəstəkləyən olkələr, Əsəddən indiki vəziyyətdə qeyri müəyyən müddətə imtina etmişdir.
Rusiya, Çin və İran üçlüyü, həm ayrı- ayrılıqda, həm də ümumi maraqlarla hərəkət edir, geosiyasi mənafedən çıxış edərək yeni qüvvələrlə birgə geosiyasi proseslərdə iştirak etmək kursunu dəstəkləyirlər. Belə loyal mövqe ondan sonra regionda geosiyasi maraqlar ugurunda mubarizəyə hesablanmış addımları xarakterizə edir. Hələlik ən çox rahatsızlıgı İran keçirir. Bu ölkə geosiyasi vəziyyətin mürəkkəbliyindən həyəcanlı vəziyyətdədir. İran bundan sonrakı dalganın qarşısında hədəf olaraq özünü görür və Suriyada rejimi ayaqda saxlamaq üçün var gücü ilə mübrizə aparır. Hazırda embarqolardan əziyyət bçəkən İran iqtisadiyatı, böhranlı dövr yaşayır və belə bir iqtisadi sistemlə İran Suriyada rejimə sonuna qədər dəstək verə bilməyəcək.
Deməli, İslam dövləti ətrafında da güclü hərbi bloklar və iqtisadi böhranlar yaradılır. İran süriya məsələsində aktor deyildir.
Türkiyəyə gəlincə, o, NATO olkəsidir və region dövlətləri ilə Suriya məsələsində təmamilə fərqli konsepsiyaya malikdir. Həm də Turkiyə geosiysi arealda 20 il bundan əvvəlki dövrlə müqyisədə daha güclüdür. Bunun əsas səbəblərindən biri SSRİ-nin dagılması və soyuq müharibə dövrünün başa çatmasıdır. Hazırda Türkiyə ABŞ və Avropa Birliyi ilə eyni istiqamətdə hərəkət edir. Bütün bunlarla bərabər, Türkiyə İslam ölkələrinin önündə getmək iddiasını açıq-aşkar hiss etdirir və hakimiyyətdə olan mühafizəkar demokratların — AKP- nin geosiyasi strategiyası ABŞ və Qərb ölkləri tərəfindən narahatlıqla izlənilir, hətta ciddi şübhələr mövcuddur.
Belə bir şəraitdə dinamik cəmiyyəti və inkişafı şərtləndirən modern iqtisadi sistemi ilə Türküyəni zəif Misrlə əvəzləmək mümkün olmasa da, Qərb alternativ variantda və uzaq prespektivdə geosiyasi konsepsiyasına bu amili əlavə edə bilər. Ancaq hazırda yaxın Şərq regionunda Qərblə Türkiyə arasında yüksək səviyyəli həmrəylik hiss edilir. Xüsusilə NATO-nun “Patriot jesti” deyilənləri sübut edir. Böyük ehtimalla Yaxın Şərqdəki proseslərin sonunda Avrasiyanın siyasi xəritəsi tamamilə dəyişəcək. Bunu indi geosiyasi mərkəzlər daha çox dərk etməkdədir. Çinin Yaxın Şərq regionuna baxışı Avrasiyadakı maraqlarını ifadə edir. İqtisadi sistemi və Qərblə böyük iqtisadi əlaqələri hazırda bu ölkənin Suriya və hətta gələcəkdə İran problemi də daxil olmaqla, İran kimi qeyri-müəyyən dövlətlərlə əlaqələrinə adekvat deyil. Böyük ehtimalla, Çin Qərbin imkanları ilə öz maraqlarını daha uzaq perspektivdə Qərbin lehinə dəyərləndirəcək. Nəzərə almaq lazımdir ki, Çinin böyük iqtisadi sistemi Qərbin və ABŞ- ın iqtisadi sisteminə, maliyyə burokratiyasına daha çox ehtiyac hiss etməkdədir. Deməli, Çin uzaq gələcəyi yaxın dövrə qurban verməyəcək. Çin analayır ki, Avrasiyada hegomonluq etmək üçün o, hələlik zəifdir. Görünür, Çin özünün mədəni üstünlük hissini və fövqəldövlət olma qururunu orataya qoymaq məsələsində də tələsməməlidir. Çünki bu hisslərlə tələsik özünüifadə onun imkanlarını məhdudlaşdıra bilər.
Çin indi çalışır ki, Yaxın Şərqdə onun iqtisadi maraqlarına uygun olan və iqtisadi bazarlarına əlavə imkanlar yaradan regionları maksimum iqtisadi imkanları ilə stimulaşdıraraq nəzarətdə saxlasın. Ancaq Çin bu bazarlar üçün müharibə etməyəcək və ən yaxşı halda ənənəvi dostlarını, xüsusilə ABŞ-ın mövqelərini ehtiyatla dəstəkləyəcək. Bütün hallarda Çin Suriyda Qərbi görmək istəmir. Suriyanı Qərblə əvəz etməyin agılsızlıq olacagını da yaxşı dərk edir. Çin indi Yaxın Şərq regionunda iqtisadi kompromislər axtarışındadır.
Rusiyaya gəlincə, bu ölkə hər keçən gün mövqelərini itirir və böyük öz içərilərinə dogru çəkilir. Slavyanizmin ruhu sönməkdədir. Rusiya Suriyada çoxdan uduzmuşdur.
Rusiya hələ daxili problemləri ilə məgul olmalıdır. Boyük Rusiya bunu indi daha cox anlayır. Modern iqtisadiyat xülyaları üfüqdə hiss edilmir. Çinin Turkiyənin sürətlə inkişafı Rusiyada məyusluq hissi yaratmısdır.
Başqa tərəfdən, Avarasiyada yeni dəyərlər daha cox hegemon görsənir. Rusiya bu dəyərlərə necə cavab verəcək. Əgər belə bir Rusiya demokratiya ilə davranışlarında səmimi olmayacaqsa, böyük ehtimalla onun özünün daxilində təlatümlər baş verəcək. Deməli, Rusiya tələsməlidir. Çünki lokal demokratiya və ənənəvi qaydalar konteksində mədəniyyət epoxaları bir-biri ilə tanıslıqdan cəkinmir. Bu isə daha cox siyasi İslam və onun demokratiya ilə əlaqəli olan tərəflərini yaxınlasdırır. Rusiya, 40 miliyon müsəlman sübyekti ilə daxildə necə davranmalıdır sualını özü özünə verməlidir. Bu, Rusiya Fedarasiyanın siyasi xarakterini dəyişəcək qədər güclü sübyektdir.
Rusiya hazırda Əsəd rejimini dəstəkləməklə həm regionda, həm də dünyada demokratiyaya münasibətini bir daha ortaya qoymuş oldu. Rusiya Suriyada Əsəd rejimini sonuna qədər qoruya biləcəkmi? — Çətin. Çünki Rusiyanın buna nə maliyyə imkanları, nə də daxili-siyasi mühüti imkan verir. Rusiya hətta bir zamanlar yuxarıdan aşagıya baxdıgı Türkiyənin geosiyasi imkanalarının böyüklüyünü və dinamik modern iqtisadi sistemini qısqanclıqla izləyir. Süriyada Rusiya öz inadını ortaya qoymuşdur. İndi bu inad ümidsiz bir vəziyyətdədir. ABŞ isə belə bir Rusiya ilə istədiyi kimi davaranır. Rusiya istəməsə də kənara sıxışdırılır və bu indi daha aydın mşüşhidə edilir.
Nəhayət, Suriyanın, İranın və Misirin demokratik dəyərlərdən imtina etdiyini təsəvvür etsək, düşünməliyik ki, bu ölkələrdə dəyişikliyi arzulayan beynəlxalq siyasi sistem də var.
Geniş planda indi dunyada belə bir suala cavab axataranların sayı artmaqdadır: Yaxın Şərq və Afrika regionunda nə baş verir? Suala lokal cavab verilməlidir. Yaxın Şərqdə, Afrikada və hətta Avrasiyanın müxtəlif regionlarında baş verən proseslərdə aşağıdakı iki əsas fenomen bir- biri ilə mübarizə aparır: mütləq monarxiyanı özlərinin ilahi konsepsiyaları ilə əlaqələndirən militarist rejimlərlə liberal dəyərlərə inanan və demokratik tələbatı mənimsəmiş cevrələr arasında daha çox ideologiyalararası müharibə gedir. Sadəcə, qitənin müxtəlif hissələrində fərqli proseslər baş verir və məntiqi sonlugu da başqa-başqa cür olur.
Ancaq demokratiyanın imkanları daha çox sistemliliyi və ozunə inamı ifadə edir. Bu imkanları institutlaşdırmaq və siyasi sistemləri demokrtiya konteksində ələ almaq, formalaşdırmaq məsələlərinə gəldikdə, demək lazımdır ki, çağdaş dünyada demokratiya olduqca geniş imkanlara malikdir. Bu həm də daha cox yaxın Şərqə ozunu hiss etdirir. Bu tarixi faktın təsdiqi kimi yaxın Şərqdəki inqilabları göstərmək olar. Sadəcə, demokratiya tez dərk olunsa da, onun imkanlarını mərkəzləşdirmək məsələsi zamanla mümkün olmuşdur. Hər halda, demokratiyanın tarixi təcrübəsi bunu söyləyir.
Avrasiyada, təxminən, 10 dövlət fəal geosiyasi mərkəz olmaga can atır. Rusiya, Çin, Hindistan, Yaponiya, Türkiyə, Misir, İran, Almaniya, Fransa, Böyük Britaniya kimi ölkələr, materikin müxtəlif hissələrində geosiyasi maraqlarına uygun hərəkət edir. Əsas məsələ odur ki, bu geosiyasi mərkəzlər iki-iki, üç-üç olmaqla ya müttəfiq, ya da əzəli rəqiblər kimi düzülmüşdür. Deməli, təxminən Yaxın Şərq regionunda baş verən inqilablara da bu konteksdən yanaşmaq lazımdır. Dogrudur, xalqlar azadlıq ugurunda mübarizə aparır və yuxarıda qeyd olundugu kimi bu da demokratiya fenomeni ilə ənənəvi siyasi islam ideologiyası konteksində baş verir. Ancaq bunu dünya içtimaiyyətinə geosiyasi mərkəzlər öz maraqlarına uygun formada təqdim edirlər. Bütün hallarda Yaxın Şərqdə demokratiyanın imkanları tarixin heç bir dövründə bu qədər geniş olmamışdır.
Zamin AXUNDOV
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.