Bütün Azərbaycan xalqı kimi, Demokratik Azərbaycan Dünyası Partiyasının üzvləri də erməni xislətli Leyla Yunusun antimilli əməllərini qətiyyətlə pisləyirlər

 

Bakıda “Park İnn” otelində Ermənistan-Azərbaycan www.publicdialouges.info - saytının təqdimatı keçirilmişdir. Bu layihənin əsas təsisçilərindən biri Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusdur. Kimdir Leyla Yunus? Onun kimliyini yaxından tanımaq üçün qəzetində Leyla Yunusu az qala qəhrəman səviyyəsinə ucaldan Aleksandr Qriqoryanın Ermənistanda nəşr olunan qəzetlərdən birində yazdıqlarını oxumaq kifayət edir. Ermənilərlə bu qədər doğmacasına əməkdaşlıq edən, dövlətimizin daxili sirrlərini onların masasının üzərinə qoyan, erməni separatçılarını dəstəkləyən Leyla Yunusun cavabı verilməlidir.

Saytı nəzərdən keçirdikdə, aşıq-aşkar Azərbaycan əleyhinə təbliğat aparıldığı göz önündə canlanır. Leyla Yunus hüquq müdafiəçisi “vəzifəsini” hansı əsaslarla özünə verdiyini bilmirəm, amma Azərbaycan xalqını, Vətənini düşmənlərə satan bir qadının azərbaycanlıların hüquq və azadlığını “qorumasına” heç kimin ehtiyacı yoxdur. Həm də kimsə bu haqqı ona verməyib. Ölkəmizdə insanların hüquq və azadlıqları dövlət tərəfindən ciddi surətdə qorunur. Bununla əlaqədar çoxlu sayda qanunlar qəbul olunmuş, ölkəmiz beynəlxalq konvensiyalara qoşulmuşdur. Leyla Yunusun “fəaliyyətini” nəzərdən keçirdikdə bir sıra məqamlar üzə çıxır. Əvvəla, özünü azərbaycanlı adlandıran bu qadın öz doğma ana dilində danışa bilmir. Azərbaycan torpağında yaşayasan, Azərbaycan çörəyi ilə böyüyəsən, öz ana dilini bilməyəsən? Bu, azərbaycanlı adını daşıyan hər kəs üçün böyük qəbahətdir. Düşüncələrini, fikirlərini yad dildə ifadə edən belə bir insan əlbəttə ki, yaşadığı torpağa da yad baxışlarla nəzər yetirəcək. Qəlbində Vətən, xalq, millət məhəbbəti olmayan bir insan torpaq ağrı-acısını, xalqının kədər və sevincini duya bilməz. Leyla Yunus məhz belələrindəndir. Ona partiyamız adından xatırlatmaq istəyirəm ki, həmişə müdafiəsində dayandığın, dəyirmanını susuz qoymadığın ermənilər Azərbaycan torpaqları hesabına özlərinə Ermənistan adlı dövlət yaratmışlar. Zaman-zaman Azərbaycan torpaqlarını işğal edərək, yerli sakinləri - azərbaycanlıları öz doğma torpaqlarından deportasiya edərək ərazilərini genişləndirmişlər. Əgər həqiqi tarixçisənsə türkün qanına susamış terrorçu ermənilərin kim olduqlarını və haradan təşəkkül tapdıqlarını bilməlisən. Əgər bilmirsənsə, onda Manuk Abeqyanın dediklərini diqqətinə çatdırıram. Çünki ermənilərin haradan gəldiklərini, hansı yollarla özlərinə dövlət qurduqlarını o daha dəqiq faktlarla ifadə etmişdir: “Erməni xalqının əsli nədir: necə və nə vaxt, haradan gəlib, erməni olmazdan əvvəl və sonra hansı tayfalarla əlaqədə olub, onun dilinə, etnik tərkibinə kim necə təsir göstərib? Bizim əlimizdə bunları sübuta yetirən aydın və dəqiq dəlillər çoxdur”.

Hansı dona, hansı cildə istəsən girməyi bacaran erməni daşnakları 1917-ci ildə belə bir plan hazırlamışdılar ki, istər Şimali Azərbaycanda, istər tarixi Azərbaycan torpaqlarında, istərsə də Qafqazın digər ərazisində yaşayan azərbaycanlıları bütünlüklə məhv etsinlər, bir xalq və millət kimi azərbaycanlıların soyqırımını təşkil edib, özlərinə böyük Ermənistan adlı bir dövlət yaratsınlar. 1918-ci ilin ilk aylarından etibarən Bakıdan başlayaraq Tiflisə qədər məskunlaşan azərbaycanlıları qırıb Kür çayına, Qubadan Astarayadək yaşayanları isə Xəzər dənizinə tökməyi planlaşdırmışdılar. Bu plana uyğun olaraq 1918-ci ilin mart-may aylarında Bakıda, Şamaxıda, Qubada və Göyçayda ermənilər yerli əhaliyə qarşı kütləvi qırğın tədbirlərinə əl atmışdılar. Ermənilər Azərbaycanın bir sıra rayonlarında qarşılarına çıxan kəndləri, obaları dağıdaraq yandırmış, kişiləri, qadınları, uşaqları qəddarcasına qətlə yetirmişlər. Bu vəhşilər, hətta hamilə, körpə uşaqlı qadınlara belə rəhm etməmişlər. Hamilə qadınların qarnını yarıb, bətnindəki uşağı nizəyə keçirmiş, camaatı məscidlərə doldurub yandırmış, qız və gəlinlərin kürəyinə qaynar samovar bağlamış və görünməmiş vəhşiliklər etmişlər. Daşnaklar tək Qubada 122 kəndi yerlə yeksan etmiş, daşı-daş üstündə qoymamışdılar. Leyla Yunus, onu da sizin nəzərinizə çatdırım ki, müdafiə etdiyiniz ermənilərin rəhbəri S. Şaumyan həbs olunanda, onun çamadanlarında 80 milyon məbləğində qızıl pul aşkarlanmışdı. Düşünürəm ki, bu talanmış qızılın necə və hansı yollarla əldə olunmasını sizə anlatmağa ehtiyac yoxdur. Günahsız insanların qətliamını gözünüzlə görmək istəyirsinizsə, yaxşı olar ki, bu gün aşkarlanmış Quba məzarlığına baş çəkəsiniz. Orada insanların, körpələrin sümüklərini gözlərinizlə görün. Əgər sizdə azacıq da olsa, analıq hissi, azərbaycançılıq ruhu varsa, onların ölüm ərəfəsində acı fəryadını duyun.

 Bəs, gözü daim başqalarının torpağında olan qəddar ermənilərin işğal olunmuş Azərbaycan ərazilərindən yerli sakinləri quldurcasına qovmalarına, qadın və körpələrimizin, qocaların başlarına gətirdikləri vəhşiliklərə nə deyirsiniz? Nədən öz soydaşlarınızın - bu insanların hüquq və azadlıqlarını qorumursunuz? Tarixdə görünməmiş Xocalı faciəsinin qurbanlarının haqq səsini dünyaya car çəkməkdən nədən çəkinirsiniz? Erməni lobbisindən, yoxsa sizi maliyyələşdirən ermənipərəst təşkilatlardan əlinizin üzüləcəyindən qorxursunuz?

Diliniz topuq çala-çala Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərini yerinə yetirmədiyindən danışırsınız! Bu da sizin növbəti uydurmanız idi. Çünki Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının elə ilk günündə ölkəmizin bu qurum qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi məsələsi müzakirə olunmuş və yüksək dəyərləndirilmişdir. Avropalı deputatlar məruzəyə tərəfdar çıxdıqlarını bildirmiş və sənəd yüksək səs çoxluğu ilə qəbul olunmuşdur. Azərbaycanda siyasi məhbus məsələsi ilə əlaqədar məruzə isə qəbul olunmamışdır. Siz isə öz “siyasi məhbus” siyahınızı getdikcə genişləndirirsiniz. Tərtib etdiyiniz saxta siyahını min bir yalan uydurub Kristofer Strasserə verib onu da Avropada pis vəziyyətə saldınız, rüsvay etdiniz.

Nədən Xocalıda qəddarcasına, işgəncələrlə öldürülən günahsız insanların haqq səsini Avropa Şurasının qarşısında qaldırmırsınız? Siz Azərbaycanı sevsəydiniz, xalqınıza, millətinizə qəlbən bağlı olsaydınız, Avropa Şurasına göndərdiyiniz məktubların mətnində azərbaycanlı yaşayış məskənlərinin əhalisini qırmaqla, qovmaqla və həmin ərazilərdə erməniləri məskunlaşdırmaqla, gələcəkdə Böyük Ermənistan dövlətinin əsasını qoymaq istəyən şovinist, mənfur ermənilərin əsl simasını bəyan etməli idiniz! Sizin azad fəaliyyətiniz üçün hər cür şərait yaradan, maddi imkanlarınızı istədiyiniz qədər genişləndirməyə şərait yaradan dövlətə xəyanət etməyə vicdanınız yol verməməlidir! Siyasi dustaq məsələsini ortalığa ataraq, respublikada qarşıdurma planını həyata keçirmək məqsədi güddüyünüzü də, bu kimi bir sıra qalmaqallı işləri görməyiniz, xaricdə yaşayan ermənilərdən var-dövlətinizi artırmaq üçün küllü miqdarda mənimsədiyiniz pulları silmək istəyinizi də yaxşı bilirik.

 Deyirsiniz ki, siyasi dustaqların anaları sizin yanınıza gəlib, övladlarının günahsız yerə həbsə salındığını söyləyirlər. Siz ki, həmin insanların doğma dilini bilmirsiniz, bu səbəbdən də görəsən onlarla hansı dildə danışırsınız?

Siz guya hüquqlarını müdafiə etdiyiniz “vicdan və siyasi məhbuslar” haqqında danışanda onları da aşağılayıb, məsxərəyə qoyursunuz. Ən dəhşətlisi budur ki, bütün etik qaydaları pozaraq, jurnalist sizə düzgün olaraq, Azərbaycan dilində danışa bilmədiyinizə eyham vuranda, siz ona, - mən yalnız söyüş söyəndə Azərbaycan dilinə keçirəm! - deyə bağırdınız. Bu ifadənizə görə sizi lənətləmək lazımdır. Çünki siz Azərbaycan qadınının adına ləkəsiniz. Sizdə nə vətənpərvərlik, nə də millətsevərlik var. Hansı haqla, azərbaycanlıları müdafiə edirsiniz?! Erməni qoltuğuna girən Leyla Yunus, sizə bildirirəm ki, Azərbaycan dili mükəmməl, zəngin bir dildir. Bu dil Nizaminin, Füzulinin, Sabirin, Cavidin dilidir. Bu dildə möhtəşəm sənət əsərləri yaradılıb. Bu gün siyasətçilərimiz dünya birliklərində öz sözlərini doğma Azərbaycan dilində bəyan edirlər. Sizin erməni dilində danışıb, Azərbaycan dilində söyüş söyməyiniz bir daha onu təsdiq edir ki, özlərini “məzlum xalq” kimi tanıdan daşnak ermənilərə satılmış bir adamsınız. Sizi azərbaycanlı adlandırmaq günahdır. Hansı haqq və ədalətdən, demokratiyadan danışırsınız? Siz erməni qohumlarınızın xoşuna gəlmək və daha çox varlanmaq üçün, Azərbaycan dövlətinə, iqtidarına böhtan və şər atmaqla məşğulsunuz. Siz və sizin havadarlarınız çox gözəl bilirlər ki, Azərbaycan bugünkü iqtidarın gücü və səyi, apardığı müdrik siyasətin, çoxsahəli islahatların hesabına dünyada öndə gedən dövlətlərin sırasındadır. Qarşıya qoyulan bütün vəzifələr hər bir Azərbaycan vətəndaşının rifah halının daha da yaxşılaşmasına xidmət edir. Regionlarda iqtisadi əlaqələrin genişləndirilməsi, səmərəli işgüzarlıq mühitinin formalaşması, yeni iş yerlərinin yaradılması diqqət mərkəzində saxlanılır. Gələn xarici qonaqlar gündən-günə gözəlləşən Azərbaycana heyran qalmaya bilmirlər. Demokratik Azərbaycan Dünyası Partiyası Leyla Yunusun Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə sayğısızlıq göstərərək Ermənistan - Azərbaycan saytını açmasını qətiyyətlə pisləyir və saytın açılmasını xalqın mənəviyyatına vurulan zərbə kimi qiymətləndirir. Bu naqis hərəkəti şəhidlərimizin ruhuna təhqir kimi qəbul edirik. Biz, bir milyon azərbaycanlını öz doğma yurd-yuvasından qaçqın salan, rayon və kəndlərimizi tapdaq altında viran qoyan ermənilərin çaldığı havaya pul naminə əl-qol açıb oynayan erməni xislətli “hüquq müdafiəçisi” Leyla Yunusun qanun qarşısında cavab verməsini tələb edirik.

 Fatma ƏLİYEVA,
Demokratik Azərbaycan Dünyası Partiyasının sədri 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında