Fuad ƏLƏSGƏROV: “Kristofer Ştrasser Azərbaycana qərəzli münasibətini dəfələrlə nümayiş etdirib”

 

Məruzəçinin hazırladığı hesabatın siyasi sifariş olduğu şübhə doğurmur

“Cənab Ştrasser məruzəçi kimi fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycana qarşı qərəzli mövqe, qeyri-peşəkarlıq nümayiş etdirib, dialoqdan qaçıb və konfrontasiya xətti yeridib. Bu cür münasibətin təbii nəticəsi absurd və hər cür tənqidə davamsız olan “hesabat”ın Assambleya tərəfindən rədd edilməsi oldu". Bu sözləri APA-ya müsahibəsində Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov demişdir.

 F. Ələsgərov bildirmişdir ki, K. Ştrasserin bu hesabatı hazırlayarkən hansı materiallara əsaslandığı bəlli deyil: “Məruzəçi hesabatda göstərir ki, müxtəlif işlərlə bağlı qeyri-hökumət təşkilatlarından çoxlu sayda şərhlər, əlavə detallar, dəqiqləşdirmələr almışdır. Şübhələnirəm ki, söhbət 2-3 yerli QHT-dən gedir. Bu informasiyaların nədən ibarət olduğu da bilinmir. Lakin hesabatın müxtəlif hissələrini müvafiq məhkəmə hökmləri ilə müqayisə edərkən məlum olur ki, bir çox halda bu informasiyalar qəsdən təhrif olunmuşdur. Məruzəçinin öz hesabatına daxil etdiyi şəxslərdən bir qismi heç məhkum olunmayıb, bəzi şəxsləri isə nəinki təcridxanalar və ya penitensiar müəssisələrdə, hətta Azərbaycanda belə tapmaq mümkün olmamışdır, belə insanlar ümumiyyətlə, yoxdur”.

F.Ələsgərov qeyd etmişdir ki, hesabata bəzi “köhnə işlər”in daxil edilməsi absurdluğun zirvəsidir: “Belə işlərin sayı 20-dən çoxdur. On il əvvəl bu işlər müstəqil ekspertlər tərəfindən nəzərdən keçirilmişdir. Ştrasser bir tərəfdən ekspertlərlə razılaşır ki, həmin şəxslər siyasi məhbus deyil. Onların hamısı “qeyri-siyasi” və zorakı cinayətlərə görə məhkum olunmuşlar. Ekspertlərin rəyi əsasında bu işlər illər öncə qapadılmışdır. Lakin buna baxmayaraq, məruzəçi həmin şəxsləri “siyasi məhbus olduğu ehtimal edilənlərin ümumi siyahısı”na daxil edərək israr etmişdir ki, həmin şəxslər ya azad olunmalı, ya da onların işinə yenidən baxılmalıdır".

 F.Ələsgərovun fikrincə, K.Ştrasserin hesabatının siyasi sifariş olduğu şübhə doğurmur. Hesabatın Hüquqi məsələlər və insan haqları komitəsində hazırlanmasına baxmayaraq, bu sənədin hüquq və məntiqlə əlaqəsi yoxdur: “Kristofer Ştrasser Azərbaycana qərəzli münasibətini dəfələrlə nümayiş etdirmişdir. Onun Avropa Şurası Parlament Assambleyasının məruzəçisi statusu ilə bir araya sığmayan müsahibə və açıqlamalarını xatırlatmaq kifayətdir. Avropadakı müəyyən dairələrin, xüsusən Almaniyanın hesabata səs vermələri üçün AŞPA rəhbərliyi və üzvlərinə göstərdiyi təzyiq də bu hesabatın siyasi məqsədli olduğunu ortaya qoyur. Faktiki olaraq, məruzəçinin bütün işi və hazırladığı hesabat bizim ölkəmizə qarşı siyasi təzyiqin elementlərindən biriydi. AŞPA-nın iclasından sonra məruzəçi öz iflasını “insan haqları və Parlament Assambleyası üçün qara gün” adlandırmışdır. Əslində Avropa Şurasının insan hüquqlarının müdafiəsi istiqamətində fəaliyyəti baxımından hər hansı dəyəri olmayan bu sərsəm sənədin qəbulu təşkilatın reputasiyasına sağalmaz zərbə vurardı və doğrudan da təşkilat üçün qara gün olardı. Hesabatın 40-dan artıq səs fərqi ilə rədd edilməsi göstərir ki, AŞPA-nın əksər üzvləri bunu çox gözəl anlayırdılar”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında