Bu gün Avropa Birliyi ilə Azərbaycan arasında “Ümumi Aviasiya Məkanı Sazişi” ətrafında danışıqlar başlayır

 

 

Saziş bağlanarsa, yaxın 5 il ərzində  Avropa Birliyi ölkələri ilə Azərbaycan arasında qarşılıqlı  səfər edən  sərnişinlərin sayı 860 min nəfərdən çox ola bilər.

Bu gün Avropa Birliyi və Azərbaycan arasında “Ümumi Aviasiya Məkanı Sazişi” ətrafında danışıqlar başlayır. Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, Ümumi Aviasiya Məkanı Sazişi ətrafında danışıqların ilk raundu Bakıda keçiriləcək.

Avropa Komissiyasının rəsmiləri, Avropa Birliyinin Azərbaycan nümayəndəliyi, həmçinin, AB-yə üzv dövlətlərin nümayəndələri Dövlət Mülki Aviasiya Administrasiyası və müvafiq nazirliklərin təmsilçiləri ilə danışıqlar aparacaqlar.

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobiaya məsələyə münasibətini bildirərkən demişdir:“Avropa Birliyi və Azərbaycan arasında aviasiya sazişi ətrafında danışıqların başlanması tək ikitərəfli əlaqələrimizin deyil, eləcə də siyasi əlaqələrimizin, iqtisadi, ticarət və insanlar arasındakı əlaqələrin genişləndirilməsi  baxımından mühüm addımdır. Tədqiqatlar göstərir ki, sazişdən sonrakı ilk beş il ərzində AB və Azərbaycan arasında səfər edən əlavə sərnişinlərin sayı 860 min nəfər ola bilər. Saziş nəticəsində böyük iqtisadi səmərə əldə ediləcək. Bu konkret fürsəti əldən qaçırmamalıyıq. AB regionda artıq bir sıra ölkə, o cümlədən, Gürcüstan,Moldova, İsrail, İordaniya və Balkan ölkələri ilə belə sazişlər imzalamışdır. Danışıqlar masasında Azərbaycanın da eyni siyasi iradə göstərəcəyinə ümidvaram”.

Avropa Komissiyası ötən il  Ümumi Aviasiya Məkanı Sazişinə dair Azərbaycanla danışıqlar aparmaq üçün AB-yə üzv olan 27 dövlətdən mandat almışdır.

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında