Sergey LAVROV: Qəbələ RLS-in icarəsi ilə bağlı məsələ qəti şəkildə bağlanmışdır

 

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Moskvada bu gün keçirdiyi brifinqdə bildirmişdir ki, Qəbələ RLS-in icarəsi ilə bağlı məsələ qəti şəkildə bağlanmışdır.

Nazir demişdir: “Bizim azərbaycanlı dostlarımız güzəştə getməməyi qərara aldılar, biz isə bu qiyməti həddindən çox hesab etdik”.

Qeyd edək ki, Rusiya Federasiyası “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş”in 9 dekabr 2012-ci il tarixindən qüvvədən düşməsi ilə əlaqədar olaraq  stansiyanın istismarının 10 dekabr 2012-ci il tarixindən etibarən dayandırılması barədə Azərbaycan tərəfinə nota təqdim etmişdi. Həmin notadan sonra  təhvil-təslim işlərinin aparılması üçün müştərək komissiya fəaliyyətə başlamışdır. 

Sergey Lavrov brifinqdə daha sonra demişdir ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində səylərini davam etdirəcək. Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişənin tənzimlənməsinə dair 2007-ci ildə sənəd hazırlamışlar: “Ermənistan həmin sənədi qəbul etdi. Lakin Azərbaycan tərəfi bildirdi ki, bu sənəd onları qane etmir. Daha sonra həmsədrlər 2009-cu ildə ikinci sənəd hazırladılar. Bu dəfə Ermənistan sənədi qəbul etmədi”.

Sergey Lavrov Rusiyanın sabiq prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin 10 görüşünün keçirildiyini xatırlatmışdır: “Bu görüşlərdə Minsk Qrupunun həmsədrləri də iştirak edirdilər. Görüşlərdə Azərbaycan və Ermənistan prezidentlərinə ortaq məxrəcə gəlmək təklif olundu. 2011-ci ilin mayında “Böyük səkkizliyin” görüşündə ABŞ, Rusiya və Fransa prezidentlərinin birgə bəyanatı qəbul olundu. Bəyanatda Azərbaycan və Ermənistan prezidentlərinə çağırış edildi. Prezidentlərin Kazan görüşündə isə 2007 və 2009-cu illərdə hazırlanan sənədlərin son variantını qəbul etməyə çağırış olundu. Lakin təəssüflər olsun ki, bu sənəd qəbul olunmadı. Çünki tərəflər razılığa gələ bilmədilər”.

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında