Roland Kobia: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində gərginliyi artıracaq istənilən hərəkətə qarşıyıq

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində gərginliyi artıracaq istənilən hərəkətə qarşıyıq. Bu sözləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia yanvarın 23-də jurnalistlərə müsahibəsində demişdir.

Xocalı aeroportunun istifadəyə verilməsi məsələsinə toxunan R.Kobia, Aİ-nin bu məsələ ilə bağlı artıq öz münasibətini bildirdiyini vurğulamışdır.

Səfir, Aİ-nin münaqişənin həllini yalnız danışıqlar və beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində dəstəklədiyini qeyd etmişdir.

R.Kobia diqqətə çatdırmışdır ki, Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Filip Lefortun fevralın 1-ci yarısında Bakıya səfər edəcəyi gözlənilir.

Aİ-nin Minsk qrupu tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində gördüyü işləri dəstəklədiyini bildirən səfir qeyd etmişdir ki, təşkilat üzv dövlətlərə bu məsələnin həlli ilə bağlı kömək etməyə hər zaman hazırdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında