Azərbaycanlı deputat Nazirlər Komitəsinin sədrinə sualla müraciət etmişdir

 

 

Hesabat məruzəsində G.Saboya Sunye qarşıdakı aylarda Nazirlər Komitəsi tərəfindən həyata keçirilməsi nəzərdə tutulan səfərlərdən də bəhs etmişdir. Nazirlər Komitəsinin sədri bildirmişdir ki, Azərbaycanda bu il keçiriləcək Prezident seçkiləri ilə əlaqədar yaz aylarında Bakıya səfər təşkil ediləcəkdir.

Daha sonra ənənəvi olaraq Nazirlər Komitəsi sədri Assambleya üzvlərinin suallarına cavab vermişdir. Əksər suallar ümumavropa demokratik dəyərləri ilə əlaqələndirilmişdir. Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun sualı da həmin silsilədən olmuşdur.

Deputat Rafael Hüseynov Nazirlər Komitəsi sədrindən soruşmuşdur: “İnsana həyat bağışlamaq və həyatı onun əlindən almaq yalnız Allahın müstəsna haqqıdır. Lakin son dövrlərdə bir sıra üzv ölkələrdə də ölüm hökmünün bərpa edilməsi ilə bağlı təşəbbüslər irəli sürülməkdə və müzakirələr keçirilməkdədir. Avropa Şurasının Nazirlər Komitəsi bu cəhdlərin intensivləşməsinin qarşısını almaq məqsədilə hansı addımları atmaq fikrindədir?”

Nazirlər Komitəsi sədri bu sualı təqdir etmiş və bildirmişdir ki, azərbaycanlı deputatın qaldırdığı məsələ ona Avropa Şurasının təməl prinsiplərindən biri barədə növbəti dəfə söz açmaq, bəyanat vermək imkanı yaradır. G.Saboya Sunye demişdir ki, Avropa Şurası fəxr edir ki, ölüm hökmünün olmadığı bir zona yaratmağa müvəffəq olmuşdur. Bir çox üzv ölkələrdə ölüm hökmü ləğv edilmiş, digərlərində isə ölüm hökmünə moratorium qoyulmuşdur. Biz bunu son dərəcə ciddi nailiyyət hesab edirik və bu mövqedən geri çəkilməyəcəyik. Rafael Hüseynovun sualında da əslində Avropa Şurasının əsas məramı ifadə edilmişdir. Ölüm hökmünün icra edilmədiyi bir zonanın varlığı Avropa Şurasının fəaliyyətdə olduğu illərdəki müvəffəqiyyətlərindən ən önəmlilərindəndir. Biz nail olduğumuz dəyərləri qorumalıyıq. 2012-ci ilin oktyabrında Avropa Şurasının ölüm hökmünün ləğvinin və tətbiq edilməməsinin vacibliyi ilə əlaqədar ayrıca bəyanatı da olmuşdur.

Nazirlər Komitəsinin sədri Assambleyada bu mühüm sualın qaldırılmasından, Azərbaycanın insan haqları ilə bağlı və Avropa Şurasının siyasəti ilə tam uyğun gələn belə təşəbbüslərindən razılığını ifadə etmişdir.

Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Strasburq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında