İqtisadi böhranın nəticələri ilə çarpışan ABŞ-ın konqres üzvləri vergiödəyicilərinin 10 milyon dollarını nə üçün Dağlıq Qarabağın separatçı rejiminə bəxş etməyə çalışır?!

Azərbaycan-Amerika Şurası (AAŞ) və Amerikanın Azərbaycan Cəmiyyəti (AAC) Konqresin Nümayəndələr Palatasının Təxsisatlar komitəsinin iyunun 30-dakı qərarı ilə Dağlıq Qarabağın separatçı rejiminə 10 milyon ABŞ dolları məbləğində birbaşa yardım ayırmasına qəti etirazını bildirmişdir.
Diaspor qurumlarının yaydığı birgə bəyanatda deyilir ki, erməni lobbi qurumlarının təsiri altında Konqresdə qəbul edilən bu qərar Azərbaycanın ərazi bütövlüyünü tanıyan Birləşmiş Ştatların rəsmi mövqeyinə ziddir. Bu, həmçinin ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın nüfuzuna xələl gətirir. Amerikalı azərbaycanlılar başa düşmürlər ki, iqtisadi böhrandan yenicə çıxmağa başlayan və işsizlik səviyyəsi artan bir ölkənin qanunvericiləri kimi Konqresin Təxsisatlar Komitəsinin üzvləri ABŞ vergiödəyicisinin 10 milyon dollar pulunu hansı səbəbə görə heç kim tərəfindən tanınmayan qanunsuz "Dağlıq Qarabağ" qurumuna bəxşiş edirlər.
AAŞ və AAC üzvləri xatırladırlar ki, ildən-ilə artırdıqları birbaşa yardımla Birləşmiş Ştatlar faktiki olaraq suveren dövlətin torpaqlarını işğal edən və etnik təmizləmə aparan qondarma rejimi mükafatlandırır, bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün əzabını uzadaraq evə dönməsinə maneə olur.
İcma təşkilatları bildirmişlər ki, Konqresin belə məntiqsiz qərarı ABŞ-ın bölgəmizdəki maraqlarının da əksinədir. Azərbaycanın ərazisi Birləşmiş Ştatların Əfqanıstanda antiterror səylərinin uğurlu olması üçün vacibdir. Şərqi Avropa və Cənubi-qərbi Asiyada ABŞ-ın təhlükəsizlik strategiyasında Azərbaycanın oynadığı rol Ermənistandan qat-qat artıqdır. Bu baxımdan, yenə də erməni maraqlarını təmsil edən qurumların təsiri altında Azərbaycan ilə Ermənistana bərabər hərbi yardımın ayrılması ABŞ maraqlarına cavab vermir.
Amerika azərbaycanlıları ABŞ vergiödəyicilərini Konqres üzvlərinin milli maraqları ayrı-ayrı lobbi qurumların maraqlarına qurban verməkdən çəkindirməyə çağırmışdılar.

{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri Vaşinqton

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında