Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi “Erməni lobbisinin Cənubi Qafqazda düşmənçiliyin yaranmasında rolu” adlı hesabat yaymışdır

 

 

 “Dünyadakı erməni diasporu və onların lobbiçiləri  Azərbaycanın əleyhinə olaraq ermənilərin beynəlxalq arenadakı maraqlarını uğurla müdafiə edib”.

 APA-nın məlumatına görə, bu fikirlər Brüsseldə yerləşən Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin (ESISC) “Erməni lobbisinin Cənubi Qafqazda düşmənçiliyin yaranmasında rolu” adlı hesabatında yer alıb.  Hesabatda qeyd olunur ki, 20-dən çox ölkədə “erməni soyqırımı”nın tanınması, ABŞ-ın Azərbaycana yardımları qadağan edən 907-ci düzəlişi qəbul etməsi, Bakı-Tbilisi-Ceyhan  əsas ixrac kəməri və Şimal Qaz Dəhlizinə qarşı kampaniyanın aparılması Ermənistan diasporunun işinə aid sadəcə bir neçə misaldır: “Onların apardığı təbliğat kampaniyasının əsas məqsədi Azərbaycanı Avropada yararsız bir ölkə kimi təqdim etmək, eyni zamanda da Ermənistanı demokratiyanın yüksək olduğu bir ölkə kimi tanıtmaq olub. Ermənistan ABŞ və Avropanın rəsmi gündəmində İrəvanın xeyrinə məqamlar formalaşdırmaq üçün xüsusi təzyiq qruplarından istifadə edir. Ermənistan özünü ictimai işlərdə daha yaxşı təbliğ edə bilib və Azərbaycanı neqativ ölkə kimi təqdim edib. Azərbaycanın beynəlxalq yardımdan məhrum olması və Azərbaycan haqqında namünasib imicin yaradılması Ermənistan diasporunun apardığı işlərin yalnız bir hissəsidir”.

 Hesabatda deyilir ki, Azərbaycan müstəqillik əldə etdiyi vaxtdan etibarən ərazi bütövlüyünü bərpa etmək, yoxsulluğu aradan qaldırmaq uğrunda mübarizə aparır: “Bu baxımdan erməni lobbisi Azərbaycanın güclü vətəndaş cəmiyyəti və ölkənin daha demokratik formada qurulmasına kömək edə biləcək beynəlxalq yardımlardan təcrid edilməsinə səbəb olub. Bu işlərin bəzisinin nəticəsi hələ də qalıb - Sovet İttifaqının dağılmasından sonra erməni separatçılarının təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon təcavüzə məruz qalıb.  Bununla yanaşı Bakı digər məsələlərdə - yoxsulluqla mübarizə və terrorizm kimi təhlükələrlə mübarizədə uğur qazanıb. Dünya Bankının məlumatlarına görə, Azərbaycan 2001-2011-ci illərdə yoxsulluğun səviyyəsini 50 faizdən 7,6 faizə, işsizlik səviyyəsini isə 4,3 faizə endirib”.

 ESİSC Azərbaycanda hələ də insan haqlarının inkişafına ehtiyac duyulduğunu vurğulayıb və Azərbaycana Qərb ölkələri və Birləşmiş Ştatlar, Avropa İttifaqı və Avropa Şurası kimi institutlarla əlaqələri artırmağı tövsiyə edib: “Eyni zamanda bu cür aktorların Azərbaycanla bağlı məsələlərdə daha konstruktiv və qərəzsiz mövqe sərgiləməsi vacibdir”. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında