Mübariz QURBANLI: “Leyla Yunusun Azərbaycanın AŞPA-da kimisə satın almasına dair iddiaları cəfəngiyyatdır”

 

 

 “Azərbaycan tərəfi heç vaxt nəinki Avropa Şurası Parlament Assambleyasında (AŞPA), ümumiyyətlə heç bir beynəlxalq təşkilatda hansısa şəxsi satın almır, rüşvət təklif eləmir”.

 Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı “hüquq müdafiəçisi” Leyla Yunusun Azərbaycan hökumətinin bir qrup avropalı deputatı ələ alması ilə bağlı iddiasını APA ttp://apa.az/-ya belə şərh etmişdir.  Xatırladaq ki, Avropa Şurasının baş katibi Tyorborn Yaqland son vaxtlar parlamentarların nizam-intizam qaydalarına riayət etmələri məsələsinə xüsusi diqqət ayırdığını vurğulamışdır. O, bununla bağlı qurumun nizam-intizam qaydalarına yeni müddəaların əlavə olunduğunu bildirmişdir: “Bütün parlamentarlar xüsusi bəyannamə imzalamaqla, Assambleyanın bütün qayda-qanunlarına, dəyərlərinə hörmətlə yanaşmağı üzərilərinə öhdəlik götürmüş olacaqlar. Seçkiləri izləyən parlamentarların heç bir şəxsi maddi və kommersiya maraqları olmamalıdır. Onlar yalnız Assambleyanın işini Avropa Şurasının dəyərlərinə və prinsiplərinə uyğun şəkildə icra etməlidirlər”. “Hüquq müdafiəçisi” Leyla Yunus isə bildirir ki, yeni qayda Azərbaycan hökumətinin bir qrup avropalı deputatı ələ alması ilə bağlı gündəmə gətirilmişdir: “Məhz Azərbaycanın vətəndaş cəmiyyətinin səyləri nəticəsində bu gün AŞPA satın alınan deputatlarla bağlı ölçü götürməyə hazırlaşır. Biz Pedro Aqramunt və Jozef Debono Qrexin Azərbaycanla bağlı hazırladıqları hesabatın ilkin layihəsinin reallıqları əks etdirmədiyi, bu şəxslərin hökumət tərəfindən ələ alındığı ilə bağlı çoxsaylı məktublar göndərmişdik. Amma Herkeli, Qrossu və Ştrasseri satın ala bilmədikləri üçün onlarla əməkdaşlıq etmədilər”.  M. Qurbanlı Leyla Yunusun iddialarını əsassız adlandırır: “Leyla Yunus 1992-ci ildən bu cür iddialarla çıxış edir. O heç vaxt milli məsələlərdə xeyirli bir söz deməyib. İndi də belə yersiz iddialarla çıxış edir. Axı biz niyə kimisə satın almalıyıq?! Biz dünyanın heç bir yerində heç kimi satın almağa ehtiyac da duymuruq. Xalqına arxalanan hakimiyyət kimisə satın almağa çalışmır və buna cəhd də eləmir. Leyla Yunus özü kimlərləsə konyunktur əlaqələr qurur və konyunktur maraqlar naminə hansısa iddialar irəli sürür. Bizim AŞPA-da kimisə satın almaq faktımız heç bir yerdə göstərilməyib və Leyla Yunus bunu özündən uydurur”.  Qeyd olunan bəyannaməyə münasibət bildirən Mübariz Qurbanlı demişdir ki, bu qaydalar dünyanın hər yerində var: “Hədiyyə müəyyən miqdara qədər hesablanır və nəzərdə tutulan rəqəmdən çox hissəsi dövlət büdcəsinə ödənilir. Bu qərarı birbaşa Azərbaycana bağlamaq isə gülünc olardı. AŞPA üzvlərinin sayı kifayət qədər çoxdur və yalnız Azərbaycanda deyil, başqa ölkələrdə də seçkiləri müşahidə edirlər. Yəni seçkilər təkcə Azərbaycanda müşahidə olunmur ki, onları satın almaqla bağlı ittiham birbaşa bizə aid olsun”.  Mübariz Qurbanlı bildirir ki, AŞ PA-da Azərbaycanı 12 nəfərlik nümayəndə heyəti təmsil edir və ölkəmiz bu qurumda çox yüksək səviyyədə təmsil olunur: “Avropa Şurasında indiyə kimi heç kəs bizim deputatlarımızın orada kiməsə nə isə verib, hansısa sənədin qəbuluna cəhd etməsi barədə rəsmi açıqlama verməmişdir. Bu, bizim daxilimizdə olan bəzi şəxslərin xəstə təxəyyülüdür ki, guya orada hansısa sənəd, ölkədəki seçkilərlə bağlı müsbət rəy hansısa maddi əvəz müqabilində verilir. Bunlar cəfəngiyyatdır”.  


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında