Kanat SAUDABAYEV: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində kompromis əldə etmək imkanı verən qərarların qəbulunun vaxtı çatmışdır"

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində kompromis əldə etmək imkanı verən qərarların qəbulunun vaxtı çatmışdır.
Bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev demişdir.
Münaqişənin nizamlanmasına dair danışıqlar prosesini diqqətlə izlədiyini vurğulayan K.Saudabayev bildirmişdir ki, məsələnin həll olunmamış qalması regionda sabitliyə mənfi təsir göstərir, regional layihələrin reallaşmasını ləngidir. Cənubi Qafqaz regionu qlobal proseslərdə, o cümlədən enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır.
Xəzər neftinin əsas hissəsi bu regiondan keçməklə nəql olunur. Təhlükəsizlik və sabitlik sahəsində mövcud vəziyyət sərmayədarlar üçün mühüm əhəmiyyət kəsb edir. Bu vəziyyət enerji resurslarının ixracına və dünya bazarında bu resursların qiymətinə təsir göstərir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında