ATƏT-in fəaliyyətdə olan sədri: Ukrayna Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqları fəallaşdırmaq üçün ATƏT-in Minsk qrupunun səylərinə dəstək verəcəkdir

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyət ATƏT tərəfindən ciddi diqqət tələb edir. Ukrayna münaqişənin həllinə dair danışıqlar prosesini yenidən fəallaşdırmaq üçün ATƏT-in Minsk qrupunun səylərinə dəstək verəcəkdir.

Bu sözləri Ukraynanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara ATƏT Daimi Şurasının iclasında demişdir.

L.Kojara bildirmişdir ki, ATƏT məkanındakı münaqişələrin həlli Ukraynanın təşkilatda sədrliyi dövründə prioritet istiqamətlərdən biri olacaqdır.

Sədr münaqişələr barədə erkən xəbərdarlıq üzrə ATƏT-in səmərəliliyini artırmağın vacibliyini vurğulamışdır. O, Moldovadakı və Gürcüstandakı münaqişələrin həlli üçün də çalışacaqlarını demiş və ATƏT-in fəaliyyətdə olan sədri qismində ilk səfərini gələn həftə Moldovaya edəcəyini açıqlamışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında