Azərbaycan və Sloveniya arasında hökumətlərarası iqtisadi komissiya yaradılacaqdır

Azərbaycanda rəsmi səfərdə olan Sloveniyanın Baş naziri Yanez Yanşanın rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 16-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ilə görüşmüşdür.

 

Azərbaycanda rəsmi səfərdə olan Sloveniyanın Baş naziri Yanez Yanşanın rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 16-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ilə görüşmüşdür.

Təkbətək keçən görüş geniş tərkibdə davam etmişdir.

Görüşdə birgə əməkdaşlığın inkişafının böyük maraq doğurduğu, bunun üçün hər iki ölkənin geniş imkanlara malik olduğu diqqətə çatdırılmışdır.

Baş nazir Artur Rasizadə demişdir ki, bu səfər ölkələrimiz arasındakı əlaqələrin, xüsusilə iqtisadi sahədə əməkdaşlığın inkişafına təkan verməklə yanaşı, yeni imkanlar üçün də yol açacaqdır. Bunun üçün hökumətlərarası iqtisadi komissiyanın yaradılması zəruridir. Səfər çərçivəsində keçirilmiş biznes forum zamanı aparılmış danışıqlar iş adamları üçün hər iki ölkədə yeni imkanlar açacaqdır.

Azərbaycan iqtisadiyyatı, xüsusilə qeyri-neft sektoru və irimiqyaslı infrastruktur layihələri barədə məlumat verən Baş nazir əldə olunmuş nəticələr barədə danışmışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açan Artur Rasizadə bildirmişdir ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, 1 milyondan çox vətəndaşımız etnik təmizləmə siyasətinə məruz qalmışdır. Baş nazir Azərbaycanın bu problemin beynəlxalq hüquq normaları əsasında həllinə tərəfdar olduğunu diqqətə çatdırmışdır.

Sloveniyanın Baş naziri Yanez Yanşa iqtisadi sahələrdə yeni əlaqələrin yaradılması baxımından maraqlı olduqlarını söyləmişdir. Azərbaycanlı həmkarının hökumətlərarası iqtisadi komissiyanın yaradılması barədəki təklifinə müsbət yanaşdıqlarını deyən Yanez Yanşa azərbaycanlı iş adamlarını ölkəsinə sərmayə yatırmağa dəvət etmişdir. Diqqətə çatdırılmışdır ki, Bakı Dövlət Universiteti ilə Lyublyana Dövlət Universiteti arasında qarşılıqlı əməkdaşlıq haqqında saziş imzalanmışdır.

Görüşün sonunda “Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında xidməti pasportlara malik şəxslər üçün qısamüddətli vizadan imtina edilməsi haqqında Saziş” imzalanmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında