Avropa Parlamentinin deputatları Metsamor AES-lə bağlı Avropa Komissiyasına sorğu göndəriblər

Avropa Parlamentinin deputatı Bart Staes (Belçika) və Ulrike Lunaçek (Avstriya) Avropa Komissiyasına Cənubi Qafqazda nüvə təhlükəsizliyi və Metsamor AES-in fəaliyyətinə həsr olunmuş yazılı sorğu göndərmişlər.

Avropa Parlamentinin deputatı Bart Staes (Belçika) və Ulrike Lunaçek (Avstriya) Avropa Komissiyasına Cənubi Qafqazda nüvə təhlükəsizliyi və Metsamor AES-in fəaliyyətinə həsr olunmuş yazılı sorğu göndərmişlər.

 Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, deputatlar sorğuda ötən əsrin 60-cı illərində yığılmış sovet modelli reaktorun hələ də istismar olunmasından  narahatlıq ifadə etmişlər.  Onlar qeyd etmişlər ki, bu AES aktiv seysmik zonada yerləşir. “1988-ci ildə bu atom-elektrik stansiyasından 100 kilometr uzaqlıqda Rixter şkalası üzrə 6,9 bal gücündə zəlzələ baş verib.

Nəticədə AES tam şəkildə bağlanıb, lakin ermənilərin Dağlıq Qarabağa və ətrafdakı yeddi rayona təcavüzü nəticəsində Azərbaycanla 1988-1994-cü illərdə baş verən münaqişənin yaratdığı enerji böhranı səbəbilə stansiyanın bir reaktorunun işi bərpa olunmuşdur.

Deputatlar sorğuda Avropa Komissiyasının regionda nüvə təhlükəsinin azaldılması, Avropa ilə sərhəddə yeni “Fukusima təhlükəsi”nin qarşısının alınması üçün hansı tədbirlər görə biləcəyi,  Metsamor AES-in bağlanması üçün Ermənistana  təsir edib-etməyəcəyi ilə maraqlanmışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında