Qazaxıstanın dövlət katibi, xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirmişdir

Tolerantlıq və ayrı-seçkiliyə yol verilməməsi ilə əlaqədar Astanada keçirilən konfransın yekunları ilə bağlı mətbuat konfransında Qazaxıstanın dövlət katibi, xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirmişdir.
Jurnalistin "Azərbaycan yeniləşdirilmiş Madrid prinsiplərini qəbul etdiyi halda, Ermənistan altı aydır ki, bu prinsipləri qəbul edib-etmədiyi haqqında heç nə deməyərək susur, ATƏT-in sədri kimi bu məsələyə münasibətinizi bilmək istərdik" sualına belə cavab vermişdir: Bildiyiniz kimi, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar ATƏT-in Minsk qrupu müntəzəm olaraq məşğul olur. Onların fəaliyyətlərinin nəticəsi kimi tərəflərə Madrid razılaşmalarının yeni prinsipləri təqdim edilmişdir və yaxın zamanlarda bunun həyata keçirilməsinə ümid edirəm.
Münaqişənin həlli yollarını isə Azərbaycan və Ermənistan özləri tapmalıdırlar.
Bizə gəlincə isə bildirim ki, ATƏT-in indiki sədri kimi fəaliyyətə başladığımız gündən münaqişənin həlli istiqamətində iş aparırıq.

{nl}

Qulu KƏNGƏRLİ AzərTAc-ın xüsusi müxbiri
Astana


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında