Vaşinqtonda keçirilən konfransda Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində fəaliyyətlərindən bəhs olunmuşdur

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov Vaşinqtonda keçirilmiş Mədəniyyət Diplomatiyası üzrə İllik Konfransın iştirakçıları qarşısında məruzə ilə çıxış etmişdir.

 

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov Vaşinqtonda keçirilmiş Mədəniyyət Diplomatiyası üzrə İllik Konfransın iştirakçıları qarşısında məruzə ilə çıxış etmişdir.

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, mərkəzi qərargahı Berlin şəhərində yerləşən Mədəniyyət Diplomatiyası İnstitutu və Con Hopkins Universiteti nəzdində Transatlantik əlaqələr Mərkəzi tərəfindən yanvarın 9-dan 11-dək keçirilən bu konfransda ABŞ və bəzi digər dövlətlərin fəaliyyətdə olan və sabiq rəsmiləri, bir sıra ölkələrin Vaşinqtonda akkreditə olunmuş səfirləri, akademik və ictimai dairələrin təmsilçiləri çıxış etmiş, öz düşüncələrini iştirakçılarla bölüşmüşlər. Konfransın açılışında ABŞ dövlət katibinin ictimai diplomatiya və ictimai işlər üzrə müavini Tara Sonenşayn da məruzə ilə çıxış etmişdir.

Konfransın ikinci günü çıxış edən səfir E.Süleymanovun məruzəsi “Ekstremizm və radikalizmin digər formalarına qarşı mübarizədə ”yumşaq güc" və mədəniyyət diplomatiyasının tətbiqi" mövzusuna həsr olunmuşdur. Çıxışında mədəniyyətlərarası dialoqun dünyada sülh və əmin-amanlığın təmin edilməsi və ekstremizmin müxtəlif təzahürlərinin qarşısının alınması sahəsində malik olduğu əvəzedilməz təsir imkanlarını önə çəkmiş səfir E.Süleymanov Azərbaycanın bu dialoqun təşviqi və gerçəkləşdirilməsi sahəsində göstərdiyi səylər və həmin prosesin uğuru üçün nümayiş etdirdiyi sadiqliyi konfrans iştirakçılarının diqqətinə çatdırmışdır.

O, Azərbaycanın könüllü surətdə üzərinə götürdüyü bu rolun ölkəmizin yerləşdiyi coğrafi məkan, özündə Şərq və Qərbin dəyərlərini cəmləşdirən zəngin mədəniyyəti və əsrlər boyu qoruyub-saxlaya bildiyi tolerantlıq irsindən təbii surətdə qaynaqlandığını vurğulamışdır. E.Süleymanov ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər sayəsində artan imkanları hesabına mədəniyyətlərarası dialoqun təşviqinə verdiyi töhfələrin miqyasının genişləndiyini qeyd etmişdir. Diplomat bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında 2011-ci il aprelin 7-9-da Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkil edildiyini və uğurla keçmiş bu toplantının ardınca artıq ikinci belə forumun 2013-cu il 29 may -1iyun tarixlərində Azərbaycanda baş tutması üçün müvafiq işlərin aparıldığını açıqlamışdır.

Səfir bundan əlavə Azərbaycan milli mədəniyyətinin təbliği məqsədilə görülən işləri qeyd etmiş və bu sahədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun dəyərli xidmətlərini sadalamışdır. Maraqla qarşılanmış məruzənin ardınca səfir E.Süleymanov iştirakçıların suallarını cavablandırmışdır.

Yusif BABANLI
AzərTAc
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında