İcevanlı erməni oğlan yenə köməyə çağırır

14 yaşlı Ermənistan vətəndaşı David Davtyan kömək üçün yenə Azərbaycana müraciət etmişdir.

14 yaşlı Ermənistan vətəndaşı David Davtyan kömək üçün yenə Azərbaycana müraciət etmişdir. Öz ölkəsində baş verən qanunsuzluqlara və özbaşınalıqlara göz yuma bilməyən bu oğlan AzərTAc-a göndərdiyi məktubunda Ermənistanın hakimiyyət orqanlarının ona və ailə üzvlərinə qarşı törətdiyi dəhşətli əməllərdən söhbət açır. Erməni gəncin məktubunu təqdim edirik:

“Mən, David Davtyan ailə üzvlərimlə bərabər artıq iki ildir ki, Ermənistan Respublikasının İcevan şəhərində girov vəziyyətindəyik. Anam və mən evdən bayıra çıxmırıq, fevral ayını gözləyirik, o vaxt bizim bu ölkədən çıxıb getmək hüququmuz olacaqdır. Bütün tanışlarımızın və qohumlarımızın bizim evə gəlmələri qadağan edilmişdir. Bəziləri təqiblərə məruz qaldığından buradan köçüb getmiş, başqa ölkələrdə siyasi sığınacaq tapmışlar. Bizim ünsiyyət saxlamağımıza icazə verilmiş yeganə şəxs bizim sürücümüz idi. Lakin elə onun əli ilə üzlərinə maska taxmış 4 nəfər əli silahlı yekəpər erməni bizim evə gələrək bizə zor tətbiq etdilər. Onlar hətta mənim 85 yaşlı nənəmi də döydülər. İndi nənəm ayaq üstə dayana bilmir, yataq xəstəsidir. Anamın başına o qədər vurdular ki, onun görmə qabiliyyəti pisləşmişdir. Zavallı xalamın da başına vurdular. İndi xalam elə hey ağlayır, heç bir dərman ona kömək etmir. Məni isə döşəməyə yıxdılar və çəkisi azı 100 kiloqram olan bu yekəpərlər mənim kürəyimdə yeriməyə başladılar. Onlar bizi döyüb taqətdən saldılar və evdə nə vardısa, hamısını yığıb apardılar.

Mənim 14 yaşım var. Bu illər ərzində oğrular 3 dəfə evimizə basqın ediblər. Sonuncu oğurluq isə görünməmiş şey idi. Bu, “dahi dövlət xadimi” tərəfindən planlaşdırılmış tədbir idi və əminəm ki, bu məsələ heç vaxt “açılmayacaqdır”. Ertəsi gün bizim evə bir məktub atdılar. Məktubda anamı hədələyir, ona xəbərdarlıq edirdilər ki, əgər o, elektrik cərəyanı vasitəsilə özünü öldürməsə, onlar məni öldürəcəklər.

Biz başa düşə bilmirik, bu dövlət anamdan və məndən nə istəyir? Onların “mədəniyyəti və zövqləri” bizə yabançıdır, bu “mədəniyyət” bizi dəhşətə gətirir. Mən gecələr yata bilmirəm. Axı, biz bir səhv edəndə üzr istəyirik. Bu, “mədəni” ölkədə isə üzr istəmək əvəzinə, adamları öldürür və problemlərdən yaxa qurtarırlar. Biz bu dövlətdən qorxuruq. Qoy onlar yaxşı, lap əla olsunlar, biz isə pis. Ona görə də biz onlardan qorxur və sizə müraciət edirik, bizi xilas edin.

Mən görürəm ki, dünya erməni dövlətinin qarşısında acizdir. Sizdən xahiş edirəm, bizə hamilik edin, erməni “dahiləri” ilə söhbət edin, qoy onlar bizi lap güllələsinlər. Biz daha ermənilərin bu cür ölüm cəzasına, təcavüzə, hədə-qorxulara dözə bilmirik. KÖMƏK EDİN!!!”

Xatırladaq ki, David Davtyan kömək üçün bundan əvvəl də Azərbaycana müraciət etmişdi. O, “Erməni faşizmi insanları öldürür, dünya isə səsini çıxartmır!” sərlövhəli məktubunda da köməyə çağırır, onun Ermənistandan köçüb başqa ölkəyə getməsinə kömək göstərməyimizi xahiş edirdi. Onun sözlərinə görə, “erməni faşizmi onu acından öldürür”.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında