Avropa Birliyi Şurasının prezidenti Ermənistan-Azərbaycan münaqişəsində mövcud status-kvonun qəbuledilməz olduğunu bildirmişdir

Azərbaycanın Avropa Birliyi yanındakı nümayəndəliyinin rəhbəri öz etimadnaməsini Herman van Rompuya təqdim etmişdir.

Azərbaycanın Avropa Birliyi yanındakı nümayəndəliyinin rəhbəri öz etimadnaməsini Herman van Rompuya təqdim etmişdir.

Yanvarın 8-də Azərbaycan Respublikasının Belçika Krallığındakı səfiri və Avropa Birliyi yanında nümayəndəliyinin başçısı Fuad İsgəndərov öz etimadnaməsini Avropa Birliyi Şurasının prezidenti Herman van Rompuya təqdim etmişdir. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, F. İsgəndərov Azərbaycanın AB ilə əməkdaşlığın inkişafında prinsipial, bərabərhüquqlu və hər iki tərəfin maraqlarına əsaslanan mövqedən çıxış etdiyini, ölkənin AB üçün ən etibarlı tərəfdaşlardan biri olduğunu demişdir. O, Azərbaycanda həyata keçirilən siyasi, iqtisadi, infrastruktur və sosial-iqtisadi inkişaf layihələri barədə Herman van Rompuya ətraflı məlumat vermişdir.

Səfir Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı hazırkı vəziyyətin çox təhlükəli olduğunu və regional sabitliyə təhdid təşkil etdiyini xüsusilə vurğulamışdır.

 Herman van Rompuy AB-Azərbaycan münasibətlərinin ildən-ilə inkişaf etdiyini, Azərbaycanın “Şərq tərəfdaşlığı” çərçivəsində fəal iştirakının mühüm olduğunu və bir sıra əməkdaşlıq sahələrində tərəqqinin əldə edildiyini bildirmişdir. O, Azərbaycanın Avropada formalaşan müsbət imicinin siyasi və iqtisadi islahatların davam etdirilməsi ilə daha da güclənəcəyinə əmin olduğunu söyləyərək, Azərbaycanla güclü tərəfdaş münasibətlərinin formalaşması üçün artıq lazımi zəminin yaradıldığını qeyd etmişdir. AB rəhbəri cari ildə keçiriləcək prezident seçkilərinin Azərbaycanın tarixində ən ədalətli və şəffaf şəkildə təşkil olunacağına və gənc, müstəqil ölkədə demokratiya aspektlərinin getdikcə təkmilləşdiriləcəyinə əmin olduğunu diqqətə çatdırmışdır.

Herman van Rompuy Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2012-ci il dekabrın 26-da 87 nəfər məhbusun əfv olunmasının AB tərəfindən rəğbətlə qarşılandığını, Ermənistan-Azərbaycan münaqişəsində mövcud status-kvonun qəbuledilməz olduğunu, bu mövzuya son AB-Rusiya sammitində də toxunulduğunu, münaqişənin həlli prosesinə AB-nin də töhfə vermək niyyətində olduğunu bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında