MDB PA Azərbaycanın işğal olunmuş ərazilərində talan olunmuş mədəni irsə şamil olunan qanun layihəsini müzakirə edəcək

MDB Parlamentlərarası Assambleyasının (PA) yaz sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərində talan olunan qeyri-maddi mədəni irsə də şamil edilən “Qeyri-maddi mədəni irsin mühafizəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq.

MDB Parlamentlərarası Assambleyasının (PA) yaz sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərində talan olunan qeyri-maddi mədəni irsə də şamil edilən “Qeyri-maddi mədəni irsin mühafizəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Bu barədə APA-ya MDB PA-nın Mədəniyyət, İnformasiya, Turizm və İdman məsələləri üzrə Daimi Komissiyasının sədr müavini, azərbaycanlı deputat Elmira Axundova məlumat vermişdir.

O, qeyd edib ki, komissiyanın apreldə nəzərdə tutulan iclasında qanun layihəsinin Azərbaycanın işğal olunmuş ərazilərində talan olunan qeyri-maddi mədəni irsə də şamil edilməsi təklif formasında həmin sənədə daxil olunmuşdur: “Əvvəlcə bu bənd daxil edilməmişdi, sənəddə yalnız respublika daxilində qeyri-maddi mədəni irsin mühafizəsinə qarşı təxribatlar öz əksini tapmışdı. Lakin bizim təklifimiz və təkidimizlə hansısa respublikaya məxsus qeyri-maddi mədəni irsə qarşı digər dövlət tərəfindən də edilən təcavüzlə bağlı bənd də sənəddə öz əksini tapdı. Sənəd müzakirə olunan zaman biz Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən talan edilən qeyri-maddi mədəni irs barədə məsələni ortaya qoyacağıq”.

Deputat onu da bildirmişdir ki, komissiyanın iclasında “İnsan haqları, dini azadlıq və dini təşkilatlar” haqqında qanun layihəsi də müzakirəyə çıxarılacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında