ABŞ Azərbaycanlılar Şəbəkəsi Amerika ictimaiyyətinin 1990-cı il 20 Yanvar hadisələri haqqında yazılı şəkildə məlumatlandırılması kampaniyasına başlamışdır

ABŞ Azərbaycanlılar Şəbəkəsi “Qara Yanvar” adı ilə tarixə düşmüş 1990-cı il 20 Yanvar hadisələri haqqında Amerika ictimaiyyətinin yazılı şəkildə məlumatlandırılması kampaniyasına başlamışdır.

ABŞ Azərbaycanlılar Şəbəkəsi “Qara Yanvar” adı ilə tarixə düşmüş 1990-cı il 20 Yanvar hadisələri haqqında Amerika ictimaiyyətinin yazılı şəkildə məlumatlandırılması kampaniyasına başlamışdır.

Şəbəkənin hazırladığı məlumatda “Qara Yanvar: Bakı, 1990. Sənədlər və materiallar” kitabından götürülmüş faktlar verilir. Məlumatda qeyd edilir ki, 1990-cı il yanvarın 20-də 26 min nəfərlik sovet qoşun kontingenti Bakını işğal etmiş, şəhərin dinc əhalisinə vəhşicəsinə divan tutmuşdur.

Bu təcavüz nəticəsində aralarında 6 qadın və 9 uşaq olmaqla 170 nəfər həlak olmuşdur. Daha 370 nəfər yaralanmış, 321 nəfər isə itkin düşmüşdür.

ABŞ Azərbaycanlılar Şəbəkəsinin Amerika ictimaiyyətinə, Amerika mətbuatına və ölkə qanunvericilərinə ünvanlanmış müraciətində deyilir ki, 1990-cı il 20 Yanvar hüzn günü olmaqla yanaşı, eyni zamanda Azərbaycanda sovet rejiminin hakimiyyətinin sona çatmasının başlanğıcı olmuşdur.

Sovet ordusu tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı bu təcavüz sovetlər ölkəsinin öz vətəndaşlarına qarşı törətdiyi növbəti qırğın idi. Bundan əvvəl 1986-cı ildə Qazaxıstanda, 1989-cu ildə Gürcüstanda, daha sonra Litvada qeyri-insani aksiyalar həyata keçirilmişdi.

Məlumatda deyilir: “Azərbaycanda 20 Yanvar hadisələri Azərbaycan xalqının yaddaşında kədərli bir səhifə kimi qalmaqla bərabər, həm də növbəti, 1991-ci ildə respublikamızın müstəqilliyini elan etməsinə təkan verdi. Qara Yanvar günlərindən iyirmi üç il keçdiyinə baxmayaraq bu hadisələr öz aktuallığını itirmir. Hər il milyonlarla azərbaycanlı və Azərbaycanın dostları Bakı şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edir, Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini ehtiramla yad edir”.

ABŞ Azərbaycan icmasının üzvləri bu yazılı kampaniya vasitəsilə Amerika ictimaiyyətini 20 Yanvar hadisələri haqqında məlumatlandıraraq, ölkə qanunvericilərini bu qeyri-insani aksiyanı rəsmi şəkildə pisləyən qətnamə qəbul etməyə çağırır.

Kampaniya yanvarın 22-dək davam edəcəkdir.

Son iki ildə ABŞ Azərbaycanlılar Şəbəkəsi  Texas və Nyu-York ştatlarının parlamentlərində Qara Yanvara dair iki rəsmi qətnamə qəbul edilməsinə nail olmuşdur.

Yusif BABANLI,
AzərTAc Vaşinqton

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında