QHT Əməkdaşlıq Alyansının həmsədri etiraz edir

Azərbaycanda fəaliyyət göstərən 55 QHT-ni özündə birləşdirən QHT Əməkdaşlıq Aliyansının həmsədri Rufiz Qonaqov Trend-ə açıqlamasında Azərbaycanın təhlükəli ölkələr siyahısına daxil edilməsini ədalətsiz, araşdırılmamış, birtərəfli və ikili standartlı bir yanaşma kimi qiymətləndirir.

Azərbaycanda fəaliyyət göstərən 55 QHT-ni özündə birləşdirən QHT Əməkdaşlıq Aliyansının həmsədri Rufiz Qonaqov  Trend-ə açıqlamasında Azərbaycanın təhlükəli ölkələr siyahısına daxil edilməsini ədalətsiz, araşdırılmamış, birtərəfli və ikili standartlı bir yanaşma kimi qiymətləndirir.

“Əgər Azərbaycan riskli, təhlükəli bir ölkə olsaydı, bu qədər beynəlxalq tədbirlərə necə ev sahibliyi edə bilərdii? Yəni Azərbaycan “Eurovision” mahnı müsabiqəsinə, beynəlxalq idman yarışlarına və digər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi halda, necə olur ki, riskli ölkələr siyahısına salınır? Əlbəttə bütün bunlar ədalətsiz və qərəzli yanaşmadır, qeyri-obyektiv informasiyadır", -deyə R. Qonaqov ABŞ Dövlət Departamentinin Azərbaycanı riskli ölkələr siyahısına daxil etməsini kəskin tənqid etmişdir.

O qeyd etmişdir ki, bu gün istənilən diplomat, səfir, beynəlxalq təşkilat sərbəst şəkildə Azərbaycana gəlir, tədbirlər keçirir, Azərbaycanın bütün bölgələrini gəzir:“İndiyə qədər onlara qarşı hansı bir təxribat olub, hansı bir hadisə baş verib?”

QHT rəhbəri xüsusi vurğulamışdır ki, Azərbaycan bu gün inkişaf etməkdə olan bir enerji ölkəsidir, dünya ölkələrinə neft-qaz ixrac edir:"Mən düşünürəm ki, Azərbaycanın təhlükəli ölkələr sırasına daxil edilməsi tamamilə ədalətsiz bir mövqedir, Azərbaycanı istəməyən qüvvələrin qərəzli mövqeyidir. Bunların əsas məqsədi Azərbaycana gələn çoxsaylı turistləri çaşdırmaq, Azərbaycana sərmayyə yatırtmaq istəyən beynəlxalq şirkətlərin fikirlərini yayındırmaq, eyni zamanda, Azərbaycanı nüfuzdan salmaq, xüsusilə 2015-ci ildə Azərbaycanda Avropa Olimpiya Oyunlarının keçirilməsindən fikri yayındırmaq, beynəlxalq təşkilatları və dünya dövlətlərini çaşdırmaqdır”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında