QHT rəhbərləri ABŞ Dövlət Departamentinin Azərbaycanın adını riskli ölkələr siyahısına daxil etməsini qərəzli münasibət hesab edirlər

“Reuters” agentliyi ABŞ Dövlət Departamentinə istinadən Azərbaycanın riskli ölkələr sırasına daxil edilməsi barədə məlumat yayıb. Azərbaycanın adı siyahıda Əfqanıstan, Sudan, Liviya kimi təhlükəli ölkələrlə eyni sırada qeyd olunub.

 “Reuters” agentliyi ABŞ Dövlət Departamentinə istinadən Azərbaycanın riskli ölkələr sırasına daxil edilməsi barədə məlumat yayıb. Azərbaycanın adı siyahıda Əfqanıstan, Sudan, Liviya kimi təhlükəli ölkələrlə eyni sırada qeyd olunub.

 Məsələyə münasibət bildirən azərbaycanlı ekspertlər qeyd olunan məlumatın reallığa uyğun gəlmədiyini diqqətə çatdırmışlar. Ekspertlərin fikrincə, bu kimi hesabatlar xarici anti-Azərbaycan qüvvələr və islamofob dairələrin Azərbaycana qarşı apardıqları böhtan kampaniyasının tərkib hissəsidir.

 Konstitusiya Araşdırmaları Mərkəzinin prezidenti Əliməmməd Nuriyev APA-ya açıqlamasında demişdir ki, yalnız qaynar bölgələrdə yerləşən, daxilində silahlı qarşıdurma, qeyri-sabitlik olan mütəşəkkil cinayətkar dəstələrin açıq fəaliyyət göstərdiyi, əcnəbilərin ölkəyə giriş-çıxışı, onların əmlakı və can güvənliyi ilə bağlı təhlükələrin olduğu ölkələri riskli ölkələr sırasına aid etmək olar: “Bunların heç biri Azərbaycanda mövcud deyil. Ölkədə sabitliyin səviyyəsi yüksəkdir, Azərbaycan cinayət hadisələrinin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında ən son yerləri tutur. Azərbaycanda uzun illərdir kütləvi işğişaşlar və terror aktları baş verməyib. Ölkə iqtisadi cəhətdən davamlı inkişaf edir. Digər ölkələrdən gələn iş adamlarının investisiyaları, can güvənliyi təmin olunur. Buna görə də ölkəyə investisiya yatırmaq istəyənlərin sayı ilbəil artır. Eyni zamanda ölkədə fəaliyyət göstərən xarici səfirliklər sərbəst şəkildə bölgələrdə olur və görüşlər keçirirlər”.

 Ə. Nuriyev hesab edir ki, müəyyən siyasi, iqtisadi və maliyyə qurumları Azərbaycanda maraqları təmin olunmadığından, beynəlxalq mediadan istifadə etməklə belə addımlar atmağa çalışırlar: “Digər tərəfdən, 2012-ci ildə ölkədə beynəlxalq tədbirlərin təşkili, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərar da ölkəmizdəki sabitliyi göstərir”.

 Qeyd olunan hesabatın həqiqəti əks etdirmədiyini vurğulayan Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova isə deyib ki, 2012-ci ildə dünyanın diqqətinin Azərbaycana yönəlməsi bəzi qüvvələri belə addımlar atmağa vadar edib: “Hər dəfə Azərbaycan beynəlxalq müstəvidə hansısa uğura imza atanda bu tip iftira dolu, heç bir reallığa əsaslanmayan informasiyalar dövriyyəyə ötürülür. “Eurovision" ərəfəsində də, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçiləndə bunun şahidi olduq. İndi də qarşıda Avropa Oyunları gəlir. Yenə həmin mövqe, yenə qərəzli informasiyalar. Belə bir məqamda “Reuters” agentliyinin ABŞ Dövlət Departamentinə istinadən Azərbaycanı Somali kimi ölkələrlə bir sıraya qoyması normal qarşılanmır. Azərbaycan Qərb dövlətləri ilə birgə beynəlxalq terrorçuluğa qarşı mübarizə aparan bir ölkədir”.

 Təşkilat rəhbəri həmçinin qeyd etmişdir ki, ölkədə çoxlu sayda xarici şirkətlər fəaliyyət göstərir, hər il çoxlu sayda əcnəbi vətəndaş gəlir: “2012-ci ildə Azərbaycan beynəlxalq tədbirlər keçirdi və heç bir terror hadisəsi baş vermədi. Qərb ölkələrində vəziyyət necədir? Norveçdə, Fransada, bu yaxınlarda ABŞ-da baş verən hadisələr hamıya bəllidir. O zaman niyə adı çəkilən ölkələrin adı bu risk qruplarına daxil edilmədi? Bu qrupa nə üçün Azərbaycanın adının daxil edilməsinin, adıçəkilən ölkələrin isə daxil edilməməsinin səbəblərinə aydınlıq gətirilməlidir".

 Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirmişdir ki, təmsil etdiyi, 600-dən artıq QHT-ni öz sıralarında cəmləşdirən forum bu kimi hesabatları Azərbaycana qarşı qərəzli münasibətin nəticəsi hesab edir. R. Zeyninin sözlərinə görə,  Azərbaycanın adının Əfqanıstan, Liviya, Sudan kimi ölkələrlə bir sırada verilməsi ikili standartların göstəricisidir: “Azərbaycanla ABŞ arasında yüksək səviyyədə münasibətlərin olmasına baxmayaraq, Azərbaycanın adının Dövlət Departamenti tərəfindən belə bir siyahıya salınması xoş niyyətdən irəli gəlmir. Ötən illərdə Azərbaycan böyük beynəlxalq tədbirlərə ev sahibliyi edib. Beynəlxalq idman yarışları təşkil olunub. Bu yarışlarda heç kimin, hətta ermənilərin belə təhlükəsizliyinə təhdid olmayıb. Belə olduğu halda bu siyahının hansı indikatorlar əsasında tərtib olunması maraqlıdır. Beynəlxalq təşkilatlar, dünyanın tanınmış nüfuzlu şəxsləri Azərbaycanı sabit, tolerant bir ölkə kimi dəyərləndirirlər”.

 R.Zeyni onu da əlavə edib ki, regionda münaqişənin mövcudluğuna səbəb olan, bir milyondan artıq insanın qaçqın düşməsinin baiskarı Ermənistanın adının bu siyahıya daxil edilməməsi də ikili standartın nəticəsidir, böyük ədalətsizlikdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında