Milli Məclisin payız sessiyası başa çatmışdır Dekabrın 28-də Milli Məclisin payız sessiyasının sonuncu iclası keçirilmişdir.

Milli Məclisin Sədri Oqtay Əsədov bildirmişdir ki, iclasın gündəliyinə 17 məsələ daxil edilmişdir.

Milli Məclisin Sədri Oqtay Əsədov bildirmişdir ki, iclasın gündəliyinə 17 məsələ daxil edilmişdir.

Gündəliyin təsdiqindən sonra Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Vergi Məcəlləsinə və “Xüsusi iqtisadi zonalar haqqında” Qanuna təklif olunan dəyişikliklər barədə məlumat vermişdir. Bildirilmişdir ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, malların Azərbaycan ərazisinə müvəqqəti idxalına dair maddə daha da təkmilləşdirilir, “Xüsusi iqtisadi zonalar haqqında” Qanuna təklif olunan dəyişikliklər isə redaktə xarakterlidir.

Müzakirələrdən sonra hər iki qanun layihəsi səsə qoyularaq qəbul edilmişdir.   

Sonra “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə", “Sərhəd qoşunları haqqında” və “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunlara da dəyişikliklər olunmuşdur.

Milli Məclis Efiopiya Demokratik Respublikasında (Əddis-Əbəbə şəhərində) Azərbaycan Respublikasının səfirliyinin təsis edilməsinə də razılıq vermişdir. 

İclasda “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Birgə Bəyanatı”, “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında”, “Azərbaycan Respublikası Hökuməti və Bosniya və Herseqovina Nazirlər Şurası arasında diplomatik və xidməti pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti və İtaliya Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında” sazişlər, “Azərbaycan Respublikası Hökuməti və Bosniya və Herseqovina Nazirlər Şurası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiya təsdiq edilmişdir.

Bildirilmişdir ki, bu sənədlər ölkəmizin beynəlxalq münasibətlərinin inkişafına və Azərbaycan xalqının milli maraqlarına xidmət edir.

Deputatlar “Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında” Sazişə, eləcə də Azərbaycan Respublikasının İnzibati Xətalar, Əmək və Cinayət Məcəllələrinə təklif olunan dəyişikliklərə də münasibət bildirmişlər. Qeyd olunmuşdur ki, bu dəyişikliklər ölkə qanunvericiliyinin inkişafına xidmət edir. Sonra hər üç layihə səsə qoyularaq qəbul olunmuşdur.

“Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında” qanun layihəsi ilə bağlı bildirilmişdir ki, bu dəyişiklik Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə əhalinin gəlirlərinin artması istiqamətində həyata keçirilən sistemli tədbirlərdən biridir. Bu dəyişiklik banklarda əmanətləri olan əhalinin maraqlarına xidmət edir.

Layihənin əhəmiyyətini nəzərə alan deputatlar onu səsə qoyaraq qəbul etdilər.

Sonra Milli Məclisin deputatı Azay Quliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin müraciətinin mətnini oxumuşdur. Sənəd səsə qoyularaq təsdiq edilmişdir (müraciətin mətni qəzetlərin bugünkü nömrəsində dərc olunmuşdur). 

İclasa yekun vuran parlamentin sədri Oqtay Əsədov bildirmişdir ki, bununla da Milli Məclisin payız sessiyasının sonuncu iclası başa çatır. Bu gün biz həm sessiyaya, həm də ilə yekun vururuq. Bu il ərzində 24 iclas keçirilmiş, payız sessiyasında 253 qanun və qərar qəbul edilmişdir.

Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətləri tam həcmdə yerinə yetirilmişdir. Milli Məclis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin və islahatların qanunvericilik bazasının möhkəmləndirilməsinə öz töhfəsini vermişdir. 

Milli Məclisin sədri qeyd etmişdir ki, ötən dövrdə parlamentin xarici əlaqələri daha da inkişaf etdirilmişdir. Nümayəndə heyətlərimiz il ərzində 44 ölkəyə 297 səfər etmişlər. Millət vəkillərimiz 2 ölkədə keçirilən prezident seçkilərini, 7 ölkədə keçirilən parlament seçkilərini müşahidə etmiş, beynəlxalq fəaliyyətlərində çox aktiv olmuşlar.

Bu il 48 xarici dövlətin və 15 beynəlxalq təşkilatın 156 nümayəndə heyəti Milli Məclisdə olmuşdur. Ümumilikdə il ərzində parlamentdə 1091 nəfər xarici qonaqla görüş olmuş, 5 beynəlxalq tədbir keçirilmişdir. Milli Məclis nüfuzlu parlament qurumlarının toplantılarına ev sahibliyi etmişdir. Aprel ayının əvvəllərində Milli Məclisdə Avronest Parlament Assambleyasının 2-ci plenar sessiyası, noyabr ayının sonlarında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 40-cı plenar sessiyası, bu yaxınlarda isə GUAM Parlament Assambleyasının beşinci iclası keçirilmişdir. GUAM-ın tarixində ilk dəfə olaraq təşkilatın üzvü olan ölkələrdən başqa 5 beynəlxalq parlament təşkilatının nümayəndəsi bu tədbirdə iştirak etmişdir. Hər üç tədbir yüksək səviyyədə təşkil olunmuşdur və bunu iştirakçılar da, qonaqlar da xüsusi qeyd etmişlər.

Sədr diqqətə  çatdırdı ki, Milli Məclisin uğurlu fəaliyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin tərkib hissəsidir. Hesab edirəm ki, xalqın maraqları üzərində qurulmuş bu siyasət elə Milli Məclisin də siyasətidir.

Oqtay Əsədov Prezident İlham Əliyevə, onun ailəsinə və Milli Məclisin deputatlarına və xalqımıza qarşıdan gələn bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbriklərini çatdırmışdır. 

Sonra Milli Məclisin sədri Oqtay Əsədov payız sessiyasını bağlı elan etmiş və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.

Bununla da Milli Məclisin payız sessiyası başa çatmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında