Kənd sakinləri ilə görüş

Muxtar respublikada kəndlərin kompleks abadlaşması - yeni yolların çəkilişi, müasir sosial obyektlərin tikintisi, ilk növbədə, bu yaşayış məntəqələrində yaşayan əhalinin rahatlığına xidmət edir.

Muxtar respublikada kəndlərin kompleks abadlaşması - yeni yolların çəkilişi, müasir sosial obyektlərin tikintisi, ilk növbədə, bu yaşayış məntəqələrində yaşayan əhalinin rahatlığına xidmət edir. Ölkəmizin iqtisadi qüdrəti artdıqca həyata keçirilən sosial-iqtisadi layihələrin miqyası da genişlənərək bütün yaşayış məntəqələrini əhatə edir. Göstərilən qayğı, yaradılan şərait isə hər bir sakin tərəfindən təqdir olunur, ölkəmizin inkişafının regionların timsalında konkret ifadəsi kimi dəyərləndirilir.

Naxçıvanın Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ilə görüşən Qorçulu kənd sakinləri bildirmişlər ki,  Şərur rayonunun  kəndlərinin abadlaşması, sakinlərin problemlərinin ardıcıl şəkildə həll olunması dövlətimizin insanlara göstərdiyi hərtərəfli qayğının nəticəsidir.  Kənd ağsaqqalı Müzəffər Zeynalov demişdir ki, Qorçulu kəndində sosial problemlərin həll olunması, yaradılan müasir infrastruktur sakinlərin rifah halını yüksəltməklə yanaşı, onların torpağa bağlılığını da artırmışdır. Yaradılan şəraitə, göstərilən qayğıya görə minnətdarlıqlarını bildirən sakinlər bundan sonra da kəndin inkişafında fəal iştirak edəcəklərini, tikilənləri, qurulanları qoruyacaqlarını bildirmişlər.

Ali Məclisin Sədri Vasif Talıbov Qorçuluda kompleks quruculuq işlərinin aparılmasını, sakinlərin sosial problemlərinin həll olunmasını ölkəmizdə kənd yaşayış məntəqələrinin inkişafına göstərilən qayğının daha bir təzahürü kimi dəyərləndirmiş, yeni sosial obyektlərin istifadəyə verilməsini ölkəmizdə sosial-iqtisadi inkişafın parlaq nümunəsi olduğunu bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidməti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında