Azərbaycan Gürcüstanla siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin səviyyəsini yüksək qiymətləndirir

Dekabrın 26-da Azərbaycanın Baş naziri Artur Rasizadə ilə ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin başçılıq etdiyi nümayəndə heyəti arasında geniş tərkibdə görüş olmuşdur.

Dekabrın 26-da Azərbaycanın Baş naziri Artur Rasizadə ilə ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin başçılıq etdiyi nümayəndə heyəti arasında geniş tərkibdə görüş olmuşdur.

Baş nazir Artur Rasizadə qeyd etmişdir ki, Azərbaycan Gürcüstanla siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin səviyyəsini yüksək qiymətləndirir.

Baş nazirin sözlərinə görə Azərbaycan və Gürcüstan geniş miqyaslı layihələr həyata keçirir, yeni birgə müəssisələr açılır. A.Rasizadə demişdir: “Azərbaycanda Gürcüstan kapitalının iştirakı ilə 100 müəssisə, Gürcüstanda isə Azərbaycan kapitalının iştirakı ilə 300 şirkət fəaliyyət göstərir. Gürcüstanda inşa edilməsi planlaşdırılan gübrə zavodu və digər layihələr iqtisadi baxımdan hər iki ölkənin xeyrinə olacaqdır”.

Azərbaycanın Baş naziri vurğulamışdır ki, əsrlər boyu xalqlarımız arasında münasibətlərdə heç bir problem olmamışdır. O  demişdir: “Əminəm ki, bundan sonra da belə olacaqdır. Sizin bu səfəriniz münasibətlərimizin möhkəmlənməsinə böyük töhfə olacaqdır”.

Artur Rasizadə Azərbaycanın həyata keçirdiyi beynəlxalq əhəmiyyətli layihələr barədə həmkarına məlumat vermişdir. O vurğulamışdır: “Biz Gürcüstana qədər avtomobil yolları çəkilişi işlərini intensiv şəkildə həyata keçiririk. Böyük İpək Yolunun gerçəkləşməsi üçün çox iş görülmüşdür, lakin görüləsi işlər də çoxdur. Bu layihələrin davam etdirilməsi üçün ölkələrimizin böyük potensialı vardır”.

Baş nazir qeyd etmişdir ki, hazırda Azərbaycan üçün ən böyük problem ölkə ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi, bir milyon azərbaycanlının doğma yurdlarından qovulmasıdır. O demişdir: “Ermənistanın qeyri-konstruktiv mövqeyi bu problemi həll etməyə imkan vermir. Biz münaqişəni dinc yolla həll etmək əzmindəyik. Bu istiqamətdə səy göstəririk. Münaqişənin həll edilməmiş olması regionda vəziyyətə mənfi təsir edir”.

A.Rasizadə Azərbaycanın mövqelərini beynəlxalq aləmdə həmişə dəstəklədiyinə görə Gürcüstana təşəkkürünü bildirmişdir.

Gürcüstanın Baş naziri Bidzina İvanişvili demişdir: “Mən Azərbaycanda səmimi qarşılanacağımızı gözləyirdim. Lakin burada daha artıq - qardaşcasına münasibətin şahidi olduq”.

Onun sözlərinə görə bizim dost ölkələr arasında münasibətlər başqa ölkələr üçün nümunə ola bilər. O demişdir: “Mən ilk səfərimi Azərbaycana etməyi qərara aldım, çünki bizim münasibətlərimiz tarixən dostluq münasibətləri olmuşdur. Məqsədimiz bu münasibətləri dərinləşdirmək, onu elə səviyyəyə çatdırmaqdır ki, beynəlxalq aləmdə bizim ümumi mövqeyimiz həmişə nəzərə alınsın”.

Bidzina İvanişvili əmin olduğunu bildirmişdir ki, Azərbaycan Gürcüstanın yeni hökuməti ilə rahat işləyəcəkdir. Gürcüstanın baş naziri vurğulamışdır: “Biz münasibətlərimizin daha da möhkəm olması üçün əlimizdən gələni edəcəyik”.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında