Müsavat başqanının müşaviri: AXCP Müsavata qarşı total hücum həyata keçirir

“Müsavat Partiyası müttəfiqlərinin ağır təftişi altındadır. İstənilən qərarımızı tənqid etməyə hazır vəziyyətdə olanlar var. Həm mətbuatda, həm də sosial şəbəkələrdə Müsavat Partiyasına qarşı total təbliğat aparılır”.

“Müsavat Partiyası müttəfiqlərinin ağır təftişi altındadır. İstənilən qərarımızı tənqid etməyə hazır vəziyyətdə olanlar var. Həm mətbuatda, həm də sosial şəbəkələrdə Müsavat Partiyasına qarşı total təbliğat aparılır”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının başqanının müşaviri Mustafa Hacıbəyli deyib. M. Hacıbəyli bildirib ki, özünü demokratik qurum kimi təqdim edən partiyanın bu dəyərlərə hörmətlə yanaşması zəruridir: “Hansısa demokratik quruma ”Niyə prezidentliyə namizədliyini irəli sürmüsən?" deməyin özü anti-demokratik yanaşmadır. Təsəvvür edək ki, Yeni Azərbaycan Partiyasının təmsilçisi hansısa partiyanın namizəd irəli sürməsinə qarşı təbliğata başlayır. Bunu AXCP rəhbərliyində olan şəxslər necə qiymətləndirərdilər? Əlbəttə, bunun anti-demokratik yanaşma olduğunu bəyan edərdilər. Nədənsə, həmin yanaşmanı bu gün AXCP funksionerləri Müsavat Partiyasına qarşı nümayiş etdirirlər. AXCP Ali Məclisinin sonuncu iclasında aparılan müzakirələrdən və çıxışlardan da gəldiyim qənaət budur ki, AXCP seçkilərə qatılmayacaq. Çünki AXCP sədri Əli Kərimli həmin iclasdakı çıxışında belə bir ifadə səsləndirib ki, yalnız qələbə olacağı təqdirdə seçkilərə qatılmağın tərəfdarıdır. Mən isə bu mövqeyin əleyhinəyəm. Seçki cəmiyyəti fəallaşdırmaq üçün bir vasitədir. Biz də mübarizəmizdə bu vasitədən istifadə etməyi düşünürük”.

 M. Hacıbəylinin fikrincə, qələbəsi bəlli olan seçkidə iştirak etmək elə də çətin deyil: “İndiki vəziyyətdə isə seçkilərə getmək daha böyük fədakarlıqdır. Müsavat Partiyası bu hücumlardan çəkinməyərək, seçkilərə qatılmağa qərar verib”. 

 M. Hacıbəyli qeyd edib ki, İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürülməsində qeyri-adi məqam yoxdur: “Əslində, İsa Qəmbər namizədliyinin irəli sürülməsini bəyan etmişdi. Divan Müsavat Partiyası adından bunu təsdiqləyib. Burada eyforiya yaradılmasına ehtiyac görmürəm. Sadəcə, bu məsələlər AXCP tərəfindən Müsavat Partiyasına qarşı total hücumların tərkib hissəsidir”.

 AXCP sədrinin müavini Asəf Quliyev isə APA-ya açıqlamasında deyib ki, Müsavat başqanının müşaviri AXCP-nin seçki strategiyasını düzgün qiymətləndirmir.

A. Quliyev bildirib ki, indiyə qədər ölkədə keçirilən seçkilərdə iştirak müxalifətə heç nə verməyib. Bunu qəbul etmək lazımdır.

A. Quliyev AXCP tərəfindən Müsavat Partiyasına qarşı total hücum aparılması fikrini də inkar edib: “İndi tənqidlərə belə kəskin reaksiya veririksə, hakimiyyətə gəldikdən sonra necə olacaq? Onda bu iqtidarı niyə tənqid edirik? Mətbuatda söylənilən, sosial şəbəkələrdə deyilən tənqidləri dinləmək, səhvlərdən nəticə çıxarmaq lazımdır”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında