Argentinanın Azərbaycandakı səfiri: “Ölkələrimizin bir-birini dərindən tanımasına ehtiyac var”

Gələn il Azərbaycanla Argentina arasında nüvə enerjisi sahəsində əməkdaşlığa dair danışıqlar keçiriləcək

Gələn il Azərbaycanla Argentina arasında nüvə enerjisi sahəsində əməkdaşlığa dair danışıqlar keçiriləcək

 “2012-ci ildə Argentina ilə rəsmi səfərlər mübadiləsinin həcminə görə Azərbaycanı sadəcə Braziliya qabaqlayır. Braziliyanın bizim ölkənin ən güclü ticarət və siyasi müttəfiqlərindən biri olduğunu nəzərə alsaq, bu, çox yüksək bir göstəricidir. Azərbaycan və Argentina arasında ikitərəfli əlaqələr ticarət sektorunda çox güclü inkişaf edib və dərinləşib”.  Bu açıqlamanı APA-ya Argentinanın Azərbaycandakı müvəqqəti işlər vəkili Alberto Villaverde (Alberto F.Alonso Villaverde) vermişdir.

O qeyd etmişdir ki, Azərbaycan-Argentina əlaqələri sadəcə ticarət sahəsində deyil, digər  sektorlarda da möhkəmlənəcək: “Bu il Argentinadan Azərbaycana dörd vacib səfər baş tutub və bütün bu səfərlər hər iki ölkə üçün çox önəmli olmuşdur. Bundan başqa, 2013-cü ilin mart ayı üçün nüvə enerjisi sahəsində əməkdaşlığa dair sülh məqsədli görüşlər keçiriləcək”.

A.Villaverde bildirmişdir  ki,  hər iki ölkənin bir-birini daha dərindən tanımasına, hansı sahədə sıx əlaqələr qura biləcəyini müəyyənləşdirməyə ehtiyac var: “Argentina və Azərbaycan rəqib deyil, bir-birini tamamlayan ölkələrdir. Buna görə də ikitərəfli əlaqələrdə sıx əməkdaşlıq yaratmaq mümkündür ”.

 A. Villaverde Ermənistan-Argentina dostluq münasibətlərinin Azərbaycan və Argentina əlaqələrinə  mənfi təsir edə bilməyəcəyini vurğulamışdır: “Argentina bütün ölkələrlə xalqların dostluğu, konfliktlərin sülh yolu ilə həllinə əsaslanan əlaqələr qurmağa cəhd edir. Sülh tərəfdarı olan bütün ölkələrlə dostluq münasibətləri qurmaq Argentinanın tarixi mövqeyidir. Argentina düşünür ki, Qarabağ münaqişəsinin həll  yolunu tapmaq üçün Azərbaycan və Ermənistan sülh danışıqlarını davam etməlidirlər. Çünki elə bir dövrdə yaşayırıq ki, mövcud münaqişələr yalnız sülh yolu ilə həll edilə bilər. Ümumiyyətlə, siyasətdə konfliktlərə tərəf qaçmaq olmaz, hər bir problem sülh yolu ilə həll edilə bilər. Bu ən möhkəm, təhlükəsiz və davamlı yoldur”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında