Yeni Azərbaycan Partiyasının 600 mininci üzvünə partiyanın vəsiqəsi təqdim olunmuşdur

Yeni Azərbaycan Partiyasının (YAP) 600 mininci üzvünə partiyanın vəsiqəsi təqdim olunmuşdur. AzərTAc xəbər verir ki, bu münasibətlə dekabrın 22-də YAP-ın mərkəzi qərargahında tədbir keçirilmişdir.

Yeni Azərbaycan Partiyasının (YAP) 600 mininci üzvünə partiyanın vəsiqəsi təqdim olunmuşdur. AzərTAc xəbər verir ki, bu münasibətlə dekabrın 22-də YAP-ın mərkəzi qərargahında tədbir keçirilmişdir.

YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov demişdir ki, 1992-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış partiya bu illər ərzində şərəfli yol keçmiş, həm ölkə daxilində, həm də respublikamızın hüdudlarından kənarda böyük nüfuz qazanmışdır. Ulu öndərin siyasi kursunu ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti, YAP-ın sədri İlham Əliyevə xalqımızın dərin inamı partiya üzvlərinin sayının günbəgün çoxalmasına səbəb olmuşdur. Bizim üzv olduğumuz bu intellektual güc artıq böyük siyasi qüvvəyə çevrilmişdir. Partiya üzvlərinin sayı artıq 600 minə çatmışdır və sevindirici haldır ki, üzvlərimizin 40 faizini gənclər təşkil edirlər. Bu da cəmiyyətimizin əsas aparıcı qüvvəsi olan gənclərin partiyamıza, onun sədri Prezident İlham Əliyevə inamının artmasından irəli gəlir.

Ə.Əhmədov cari ildə ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xüsusi rol oynayan hadisələrdən də danışmışdır. Bildirilmişdir ki, Azərbaycan bu il həm beynəlxalq aləmdə, həm də ölkə səviyyəsində bir sıra uğurlara imza atmışdır. Bu uğurlarda partiyanın da xüsusi rolu olmuşdur. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv qəbul edilməsi, bu təşkilata sədrliyi, “Eurovizion-2012” mahnı müsabiqəsinə ev sahibliyi etməsi, XXX London Yay Olimpiya Oyunlarında qazanılmış qızıl, gümüş və bürünc medallar, ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsinə dair məlum qərar və bir sıra digər hadisələr buna parlaq misaldır.

Qarşıdan gələn 2013-cü ildəki fəaliyyətə toxunan Ə.Əhmədov demişdir: “Gələn il ölkəmizdə prezident seçkiləri keçiriləcəkdir. Düşünürük ki, xalqımız bu dəfə də düzgün seçim edəcəkdir. 2003-cü ildən başlayaraq Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində yoxsulluğun səviyyəsinin 50 faizdən 7 faizə enməsi, bir milyondan çox yeni iş yerinin yaradılması, regionların sosial iqtisadi inkişafı belə deməyə əsas verir. Ona görə də inanırıq ki, xalq bu dəfə də dövlətimizin başçısı İlham Əliyevə səs verməklə öz düzgün seçimini edəcəkdir”.

Sonra YAP-ın 600 mininci üzvünə – Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin ikinci kurs tələbəsi Rövşən Mehman oğlu İsmayılova partiyanın üzvlük vəsiqəsi təqdim olunmuşdur.

R.İsmayılov çıxış edərək YAP-ın rəhbərliyinə minnətdarlığını bildirmiş, ona göstərilən etimadı doğruldacağına, partiyanın ən fəal gənclərindən biri olacağına söz vermişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında