Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası keçirilmişdir

Dekabrın 22-də dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası keçirilmişdir.

Dekabrın 22-də dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası keçirilmişdir.

Sessiyada “2012-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları”, “Naxçıvan Muxtar Respublikasının 2013-cü il dövlət büdcəsinin təsdiq edilməsi”, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsinin təsdiq edilməsi”, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) hesabatı”, “Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyəti rəhbərinin məlumatı” məsələləri müzakirə olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2012-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzə etmişdir.

“Naxçıvan Muxtar Respublikasının 2013-cü il dövlət büdcəsinin təsdiq edilməsi” və “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsinin təsdiq edilməsi” barədə məsələlərin müzakirəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov, Naxçıvan Muxtar Respublikasının vergilər naziri Əli Mahmudov, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov və Naxçıvan Muxtar Respublika Dövlət Sosial Müdafiə Fondunun sədri Rasim Hüseynov çıxış etmişlər. Müzakirə olunan məsələlərlə əlaqədar müvafiq qanunlar qəbul olunmuşdur.

Sonra sessiyada Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramovanın hesabatı dinlənilmişdir.

Gündəlikdə duran növbəti məsələ ilə bağlı Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar İbrahimov məlumat vermişdir.

Ali Məclisin Sədri sessiyaya yekun vuraraq demişdir ki, 2012-ci ildə muxtar respublika həyatının bütün sahələrində inkişaf təmin olunmuş, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Bütün bunlar Azərbaycanda, eyni zamanda, Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev quruculuq xəttinin davam etdirilməsi, bu yola sədaqət hesabına əldə olunmuşdur.

Sessiyada müstəqil Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar 2013-cü il Naxçıvan Muxtar Respublikasında “Heydər Əliyev ili” elan edilmişdir.

Ali Məclisin Sədri demişdir: Ümummilli liderimizin quruculuq konsepsiyası 2013-cü ildə – “Heydər Əliyev ili”ndə də muxtar respublikamızda inkişafın əsas hərəkətverici qüvvəsi olacaqdır. Biz bu yolla gedərək, muxtar respublikamızı davamlı inkişafa qovuşduraraq doğma Azərbaycanımızın inkişafına öz töhfəmizi verəcəyik.

2012-ci ildə muxtar respublikanın inkişafında, sabitliyin və sərhədlərin qorunmasında əməyi olanların hamısına təşəkkürünü bildirən Ali Məclisin Sədri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisindəki birləşmə və hissələrinin şəxsi heyətlərini, onların ailələrini, şəhid ailələrini və veteranları, sessiya iştirakçılarını, muxtar respublika əhalisini qarşıdan gələn əlamətdar bayramlar - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etmişdir.

Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü çağırış altıncı sessiyası öz işini başa çatdırmışdır.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında