Naxçıvan şəhərində yaşayış binalarının əsaslı təmiri və yenidən qurulması davam etdirilir

Dekabrın 21-də Naxçıvan şəhərinin Heydər Əliyev prospektindəki 58 nömrəli yaşayış binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Dekabrın 21-də Naxçıvan şəhərinin Heydər Əliyev prospektindəki 58 nömrəli yaşayış binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov açılış mərasimində çıxış edərək demişdir ki, sürətlə inkişaf edən Naxçıvan şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, rifah hallının yüksəldilməsinə xüsusi diqqət göstərilir. Bu qayğının tərkib hissəsi kimi hazırda Heydər Əliyev prospektində 1, Əcəmi məhəlləsində 5, İstiqlal küçəsində isə 1 binada əsaslı təmir işləri davam etdirilir. Bu sahədə görülən işlər çərçivəsində Naxçıvan şəhərindəki 45 binada istilik sistemləri tamamilə yenilənmiş, 21 binanın su xətti dəyişdirilmiş, mənzilləri istiliklə təmin etmək üçün 10 fərdi qazanxana tikilərək istifadəyə verilmişdir. Naxçıvan şəhərinin mərkəzindəki 58 nömrəli binanın əsaslı yenidən qurulması da bu sahədə görülən işlərin daha bir nümunəsidir.

Yeni binanın sakini Əmrah Əsgərov yaradılan şəraitə görə binada yaşayanlar adından minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yenidənqurma işlərindən sonra binada müasir mənzillərin istifadəyə verildiyini bildirmiş, bu münasibətlə sakinləri təbrik edərək demişdir: “Ölkəmizdə həyata keçirilən quruculuq tədbirlərinin əsasında ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən sürətli sosial-iqtisadi inkişaf xətti, mövcud sabitlik və dövlət-cəmiyyət birliyi dayanır. Ulu öndərin yolunun ölkə Prezidenti tərəfindən uğurla davam etdirilməsi nəticəsində bütün sahələr inkişaf edir, Azərbaycanın ən qiymətli sərvəti olan insanlara hərtərəfli qayğı göstərilir, onların rifah halı yaxşılaşdırılır. 58 nömrəli yaşayış binasının əsaslı şəkildə yenidən qurulması da bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır”.

Ali Məclisin sədri demişdir: 1963-cü ildə istifadəyə verilən bina bugünkü tələblərə cavab vermirdi. Ona görə də bina əsaslı şəkildə yenidən qurulmuş, mənzillərin sahəsi genişləndirilmiş, binaya əlavə bir mərtəbə artırılmış, lazımi kommunal-məişət şəraiti yaradılmışdır. Yaradılan şərait bina sakinlərinin rahatlığının təmin olunmasına, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına imkan verir. Sakinlər göstərilən qayğıdan səmərəli istifadə etməli, tikilənləri, qurulanları qoruyub saxlamalıdırlar.

Ali Məclisin sədri bildirmişdir ki, muxtar respublikamızda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların yeni mənzillərlə təmin olunması diqqət mərkəzində saxlanılır, yeni fərdi evlər tikilir, ictimai yaşayış binaları təmir olunur. Mənzilləri qəzalı vəziyyətdə olan, aparılan abadlıq-quruculuq işləri zamanı evləri plana düşən Naxçıvan şəhər sakinləri də bu binada yeni mənzillərlə təmin olunmuşlar. Bu, insanlara göstərilən yüksək dövlət qayğısının, ölkəmizin sürətli sosial-iqtisadi inkişafının və dövlət-cəmiyyət birliyinin daha bir nümunəsidir.

Ali Məclisin sədri yaşayış binasının Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı ərəfəsində istifadəyə verildiyini bildirmiş, əlamətdar bayramlar munasibəti ilə sakinləri təbrik etmişdir.

Sonra Ali Məclisin sədri mənzillərin orderlərini sakinlərə təqdim etmiş, onlara yeni mənzillərdə firəvan həyat arzulamış, binada yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, binada hər cür kommunal-məişət şəraiti yaradılmış, elektrik, qaz, rabitə, su və kanalizasiya xətləri yenilənmiş, mərkəzləşmiş antena sistemi quraşdırılmışdır. Bununla yanaşı binanın həyətində 17 tonluq su çəni qoyulmuş, bütün evlər daimi isti və soyuq su ilə təmin edilmişdir. Dəmir-beton konstruksiyalarla möhkəmləndirilən binanın fasadı milli memarlıq ənənələrinə uyğun olaraq üzlənmişdir.

Əvvəllər 4 mərtəbə və 34 mənzildən ibarət olan binaya əsaslı yenidənqurma işləri çərçivəsində monsard tipli 1 mərtəbə də əlavə olunmuş, mənzillərin sayı 43-ə çatdırılmışdır. Yenidənqurma işləri zamanı mənzillərin hər birinin sahəsi 30 kvadratmetr artırılmışdır. Hazırda binanın sahəsi 3500 kvadratmetrdir.

Mənzillərdə müasir istilik sistemləri quraşdırılmış, həyətdə abadlıq işləri aparılmış, uşaq-əyləncə meydançaları yaradılmışdır.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında