İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsinin nümayəndə heyəti Azərbaycanda yeni qanunun qəbul olunmasını yüksək qiymətləndirmişdir

Dekabrın 20-də ədliyyə naziri Fikrət Məmmədov Azərbaycanda səfərdə olan İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsinin (CPT) nümayəndə heyəti ilə görüşmüşdür.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə ikitərəfli əlaqələrin səmərəliliyi vurğulanmış, ölkəmizdə insan hüquqlarının təmin olunmasına xidmət edən islahatlardan, o cümlədən penitensiar sistemin inkişafı, məhkumların hüquqlarının genişləndirilməsi, saxlanma şəraitinin və tibbi yardımın xeyli yaxşılaşdırılması üzrə görülmüş işlərdən danışılmış, bu sahədə həyata keçirilən tədbirlərdə CPT-nin tövsiyələrinin və qarşılıqlı fəaliyyətin əhəmiyyəti qeyd olunmuşdur.

Komitə nümayəndələri Ədliyyə Nazirliyi ilə əməkdaşlıqdan məmnunluqlarını ifadə etmiş, Azərbaycanda “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” yeni qanunun qəbul olunmasını çox mütərəqqi nailiyyət kimi yüksək qiymətləndirmiş, monitorinqlər zamanı penitensiar müəssisələrdə CPT tövsiyələrinin icrasının şahidi olduqlarını və narahatlıq doğura bilən problemlərin olmadığını qeyd etmiş, səfərin nəticələri barədə məlumat vermişlər.

Müzakirələr zamanı qanunvericiliyin səmərəli tətbiqi, işgəncələrə qarşı tədris və s. məsələlərə toxunulmuş, qonaqları maraqlandıran suallara aydınlıq gətirilmiş, faydalı və ətraflı fikir mübadiləsi aparılmışdır.

Qonaqlar nazirlikdəki Ədliyyə Tarixi Muzeyi ilə tanış olmuşlar.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında