GUAM PA-nın Bakı iclasında Avropanın nüfuzlu beş regional təşkilatının iştirak etməsi GUAM-ın dünyada artan nüfuzunun göstəricisidir

Milli Məclisin sədri Oqtay Əsədov dekabrın 20-də GUAM PA-nın beşinci iclasında iştirak etmək üçün Bakıda səfərdə olan Cənub-Şərqi Avropa Əməkdaşlığı Prosesi Parlament Ölçüsünün nümayəndə heyəti ilə görüşmüşdür.

O.Əsədov demişdir ki, GUAM PA-nın Bakı iclasında Avropanın nüfuzlu beş regional təşkilatının iştirak etməsi GUAM-ın dünyada artan nüfuzunun göstəricisidir. Azərbaycanın quruma sədrliyi dövründə GUAM PA-nın beynəlxalq əlaqələrinin daha da dərinləşməsi istiqamətində məqsədyönlü iş aparılmışdır. Bunun nəticəsi kimi dünyanın ən mötəbər təşkilatlarından olan BMT-də GUAM-la əməkdaşlığa dair sənəd qəbul olunmuşdur.

Milli Məclisin sədri bildirmişdir ki, Biz Cənub-Şərqi Avropa Əməkdaşlığı Prosesinin Parlament Ölçüsü üzvü olan ölkələrlə də ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrimizi inkişaf etdirmək niyyətindəyik. Bu baxımdan Bolqarıstanla həyatın müxtəlif sahələrində, o cümlədən qanunvericilik orqanları səviyyəsində əlaqələrimizin dərinləşməsini təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyətli hesab edirik. Təqdirəlayiq haldır ki, deputatlarımız Qara Dəniz İqtisadi Əməkdaşlığı Parlament Məclisi kimi regional təşkilatlarla da sıx əməkdaşlıq edirlər. Beynəlxalq qurumlardakı münasibətlərimiz xalqlarımızın bir-birinə daha da yaxınlaşması baxımından çox önəmlidir.

Söhbətdə Cənub-Şərqi Avropa Əməkdaşlığı Prosesi Parlament Ölçüsünün nümayəndə heyətinin rəhbəri, Bolqarıstan Milli Yığıncağının sədr müavini Giorgi Pirinski demişdir ki, təşkilatda müzakirə olunan məsələlər quruma üzv ölkələrin Avropaya inteqrasiyası, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı, ümumi problemlərin müzakirəsi baxımından əhəmiyyətlidir. Ölkələrin qarşısında duran vəzifələrin həllində və problemlərin aradan qaldırılmasında parlament diplomatiyasının gücündən istifadə olunması günün tələbidir.

Görüşdə regional əməkdaşlığın inkişafı, Azərbaycan-Bolqarıstan münasibətlərinin inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər görüşdə iştirak etmişlər.

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında