GUAM-ın dünyada nüfuzu getdikcə artır, mövqeyi daha da möhkəmlənir

Milli Məclisin sədri Oqtay Əsədov dekabrın 19-da GUAM PA-nın Bakıda keçirilən beşinci iclasında iştirak etmək üçün Bakıya gəlmiş təşkilata üzv ölkələrin parlament nümayəndə heyətlərinin rəhbərləri ilə görüşmüşdür.

Milli Məclisin sədri Oqtay Əsədov dekabrın 19-da GUAM PA-nın Bakıda  keçirilən beşinci iclasında  iştirak etmək üçün Bakıya gəlmiş təşkilata üzv ölkələrin parlament  nümayəndə heyətlərinin rəhbərləri ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, Oqtay Əsədov GUAM-a üzv olan ölkələr arasında əlaqələrin həm ikitərəfli, həm də təşkilat çərçivəsində inkişaf etdiyini bildirmişdir. Assambleyanın beşinci sessiyasının qarşılıqlı əməkdaşlığın daha da  genişlənməsinə xidmət etdiyinə əminliyini ifadə edən Milli Məclisin sədri demişdir ki, GUAM-ın  dünyada  nüfuzu  getdikcə artır, mövqeyi daha da möhkəmlənir.  Bakıda keçirilən V iclasda Avropanın beş aparıcı təşkilatının iştirak etməsi, iki gün əvvəl BMT ilə GUAM arasında əməkdaşlığa  dair  sənədin imzalanması buna  parlaq misaldır. Düşünürəm ki, bizim  beynəlxalq tərəfdaşlarımızın sayı daha da artacaq və biz qarşıya qoyduğumuz məqsədlərə nail olacağıq.

 GUAM-ın baş katibi Valeri Çeçelaşvili Bakıdakı tədbirin yüksək səviyyədə təşkilinə görə nümayəndə heyətləri adından minnətdarlığını bildirmişdir. O qeyd etmişdir ki, bu cür tədbirlər qarşıya qoyulan məqsədlərə çatmaq, qarşılaşdığımız problemlərin həlli, eləcə də əməkdaşlığın daha da genişləndirilməsi baxımından  çox əhəmiyyətlidir. Onun sözlərinə görə, təşkilata üzv olan ölkələr GUAM çərçivəsində çox sıx əməkdaşlıq edir. Azərbaycanın təşkilata  rəhbərliyi  dövründə əldə olunan nailiyyətləri yüksək qiymətləndirən baş katib demişdir ki, bu dövrdə bir çox beynəlxalq təşkilatların GUAM-la əməkdaşlıq etməsi beynəlxalq aləmdə təşkilatın nüfuzunun artmasına və mövqelərinin möhkəmlənməsinə xidmət  etmişdir.

Görüşdə GUAM-a üzv olan ölkələr, eləcə də tərəfdaş dövlətlər arasında əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq  doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında