Azərbaycanın Tacikistandakı səfiri Tacikistanın “Cumxoriyat” qəzeti redaksiyasında görüş keçirmişdir

Bu günlərdə Azərbaycan Respublikasının Tacikistandakı səfiri Abbasəli Həsənov Tacikistan Respublikasının rəsmi dövlət orqanı olan “Cumxoriyat” qəzetinin baş redaktoru Muxammad Qoib ilə görüşmüşdür.

Bu günlərdə Azərbaycan Respublikasının Tacikistandakı səfiri  Abbasəli Həsənov  Tacikistan Respublikasının rəsmi dövlət orqanı olan “Cumxoriyat”  qəzetinin  baş  redaktoru Muxammad  Qoib  ilə  görüşmüşdür.

M.Qoib  iki ölkə arasında bütün sahələrdə əlaqələrin müsbət  müstəvidə  inkişaf  etdiyini  qeyd etmiş  və bu əlaqələrin mətbuat  sahəsində  də yüksək  səviyyədə olmasını arzu etmişdir. Onun sözlərinə görə, M.Qoib  Tacikistan  Dövlət Televiziyasının  sədri  vəzifəsində işlədiyi  zaman  ulu öndər  Heydər Əliyev  və Prezident  İlham Əliyevlə Tacikistan Prezidenti Emomali Raxmonun  görüşlərinin şahidi olmuş  və bu  görüşlər  onda  xoş  təəssüratlar yaratmışdır.

M.Qoib bildirmişdir ki,  Azərbaycan  Respublikasının Tacikistandakı  səfirliyinin hazırlayıb təqdim  etdiyi  ulu öndər  Heydər Əliyevin  həyat və fəaliyyətinə həsr olunmuş “Azərbaycan  xalqının ümummilli lideri” başlıqlı  geniş  məqalə  Tacikistan Prezidenti Emomali Raxmonun  ön sözləri ilə  “Cumxoriyat” qəzetində  dərc  edilmişdir.

Səfir A.Həsənov  M.Qoib və qəzetin  redaksiya heyəti ilə səmimi  və  işgüzar münasibətdən məmnunluğunu  bildirmiş  və qeyd etmişdir: “Qəzetdə  dərc  olunan məqalədə məkan və zamanın sərhədlərini  aşaraq  əbədiyyətə  yol açmış  dahi  bir şəxsiyyətin  həyatı  öz əksini  tapmışdır”.

Səfir  həmsöhbətinin  diqqətinə  çatdırmışdır ki,  cari ilin  12-13 iyul tarixində  Tacikistan  Respublikasının  Prezidenti Emomali  Raxmonun  Azərbaycana  rəsmi   səfəri ilə  əlaqədar respublikanın  rəsmi mətbu  orqanı olan “Xalq  qəzeti”ndə   Tacikistanın tarixini, sosial-iqtisadi, elm, mədəni uğurları barədə iki  səhifəlik   ətraflı,  geniş məqalə dərc  edilmişdir. Səfir  qeyd etmişdir ki,  “Xalq qəzeti”nin  səhifələrində  çap  olunmuş Tacikistan barədə məqalə  Prezident   Emomali Raxmon  tərəfindən yüksək dəyərləndirilmişdir.

Azərbaycan  və Tacikistan respublikaları   arasında  ikitərəfli   münasibətlərin  müsbət  dinamika ilə davamlı inkişaf etdiyini vurğulayan səfir cari ildə Tacikistan  Prezidenti  Emomali  Raxmonun iki dəfə  Azərbaycanı  ziyarət  etməsi  və ölkə  Prezidenti  İlham  Əliyevlə görüşləri barədə məmnunluqla söhbət açmışdır.

Səfir Şərqdə ilk  demokratik respublika olan Azərbaycan Respublikasının  zəngin  tarixi  və  mədəniyyəti,  müstəqilliyin bərpasından  sonra  keçən  dövr  ərzində   sürətli  və  hərtərəfli inkişafı, regionda  lider  dövlətə sevrilməsi,  müstəqil  xarici siyasət yürütməsi,  eləcə də Azərbaycanda mətbuat və söz azadlığı barədə məlumat vermişdir.

Qeyd olunmuşdur ki, Azərbaycan torpaqlarını işğal edən, bir  milyondan  çox  azərbaycanlının  qaçqın və   məcburi  köçkünə  çevrilməsinə səbəb olan Ermənistan  yürütdüyü  işğalçılıq  siyasəti  nəticəsində özünü  regionda  bütün potensial  layihələrdən  təcrid  etmiş,  ağır  iqtisadi  durumla  üzləşmişdir. Səfir bölgədə sülh  və sabitliyin  bərqərar olmasında  aparıcı rol  oynayan  Azərbaycanın  geostrateji mövqeyini  və  Avropanın  enerji  təhlükəsizliyinin təminatına verdiyi  mühüm  töhfəni xüsusi diqqətə çatdırmışdır.

Görüşdə Tacikistanın “Cumxoriyat”  və Azərbaycanın “Xalq qəzeti”, eləcə də digər  mətbu orqanları arasında  əməkdaşlıq   zəruriliyi və informasiya  mübadiləsinin  məqsədəuyğunluğu vurğulanmışdır.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında