Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirmişdir

Astanada keçirilən tolerantlıq və ayrı-seçkiliyə yol verilməməsi üzrə ATƏT-in yüksək səviyyəli konfransı çərçivəsində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri jurnalistlərin suallarına cavab verərkən bildirmişdir ki, AŞPA Ermənistan və Azərbaycanın mövqelərinin yaxınlaşmasına bundan sonra da yardım edəcəkdir. Onun sözlərinə görə, qurumda Dağlıq Qarabağ üzrə altkomitənin fəaliyyətinin bərpa edilməsi istiqamətində iş davam etdiriləcəkdir.
O demişdir ki, 2005-ci ildə AŞPA-da Dağlıq Qarabağ üzrə altkomitənin yaradılması üçün qətnamə qəbul olunmuş, ancaq altkomitənin sədri olan lord Rassel Conson rəhmətə getdiyi üçün altkomitənin fəaliyyəti dayandırılmışdır. Bu məsələ büronun gündəliyindədir.
Mövlud Çavuşoğlu demişdir: "Rəhbərlik etdiyim qurumda AŞPA-nın oktyabr sessiyası ərzində Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüşləri davam etdirmək fikrindəyik. Bu münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur və fikrimcə, bu qrup münaqişənin həlli istiqamətində daha qəti addımlar atmalıdır".{nl}

Qulu KƏNGƏRLİ AzərTAc-ın xüsusi müxbiri
Astana

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında