Azərbaycanlı deputatın məruzəsi AŞPA-nın payız sessiyasının gündəliyinə daxil edilmişdir

Avropa Şurası Parlament Assambleyasının axırıncı iş günündə qurumun Bürosu yekun iclasını keçirmişdir. Başa çatmış yay sessiyasının nəticələrini ümumiləşdirməklə yanaşı, Büro qarşıdakı payız sessiyasının da gündəliyinə daxil ediləcək məruzələr barədə müzakirələr aparmışdır. Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun hazırlamış olduğu "Səs və işıq ifratları" adlı məruzənin də payız sessiyasının gündəliyinə daxil edilməsi yekdilliklə qərara alınmışdır. Bu, R.Hüseynovun Parlament Assambleyasına təqdim etdiyi 5-ci məruzə olacaqdır. Hazırda deputatımız "Hərbi münaqişələr və ətraf mühit" adlı daha bir məruzə üzərində işləyir.
AŞPA-nın payız sessiyası bu il oktyabrın 4-dən 8-dək keçiriləcəkdir.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Strasburq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında